Icma.az
close
up
RU
“Azercell” və Cüdo Federasiyasının bu layihəsi beynəlxalq mükafata layiq görüldü

“Azercell” və Cüdo Federasiyasının bu layihəsi beynəlxalq mükafata layiq görüldü

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azercell Telekom” MMC və Azərbaycan Cüdo Federasiyasının birgə təşəbbüsü ilə həyata keçirilən “Doğru yol budur” sosial kampaniyası KIAF - Beynəlxalq Reklam Festivalında yüksək nəticə əldə edib. Layihə “Əməkdaşlıq və tərəfdaşlıqlar” və “Qeyri-kommersiya və xeyriyyə layihələri” kateqoriyaları üzrə gümüş medallara layiq görülüb.

Eyni zamanda, layihə “Korporativ imic və nüfuzun formalaşdırılması” və “Brendlərarası əməkdaşlıq” kateqoriyalarında da finala çıxaraq beynəlxalq reklam və yaradıcı sənaye mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, “Doğru yol budur” kampaniyasının məqsədi gəncləri zərərli vərdişlərdən uzaq tutmaq və onların asudə vaxtlarını sağlam həyat tərzi və idmanla dəyərləndirməyə təşviq etməkdir. Sosial təşəbbüs çərçivəsində Cüdo Federasiyasının məktəb və bölmələrində qeydiyyatdan keçən gənclərə cüdo ilə ödənişsiz şəkildə məşğul olmaq imkanı yaradılıb. Layihə əsnasında yeniyetmə və gənclər arasında geniş maarifləndirmə işləri aparılıb. Paytaxt və Azərbaycanın bir çox bölgələrində, xüsusən də məktəblərin ətrafında və gənclərin daha çox toplandığı yerlərdə narkotik vasitələrdən istifadənin yıxıcı fəsadlarını əks etdirən təsiri posterlər yerləşdirilib.

Onu da qeyd edək ki, məşhur rep ifaçısı Orxan Zeynallının bu layihə üçün bəstələdiyi “Bir də gəlsəm” mahnısı sosial mediada milyonlarca baxış toplayıb. Mahnının klipini ölkənin aparıcı rejissorlarından biri olan Emil Quliyev çəkib.

Təşəbbüsün nəticəsində 900-ə yaxın gənc cüdo təlimlərinə qoşularaq zərərli vərdişlərdən uzaq durmağı seçib.

Xatırladaq ki, 2000-ci ildən etibarən keçirilən KIAF qlobal reklam, media, PR və dizayn sahəsində fəaliyyət göstərən şirkət və mütəxəssisləri bir araya gətirən aparıcı platformalardan biri hesab edilir.

“Doğru yol budur” layihəsinin bu nüfuzlu festival tərəfindən mükafatlandırılması, onun sosial təsirinin və kommunikasiya strategiyasının beynəlxalq səviyyədə də yüksək qiymətləndirilməsinin bir göstəricisidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 İyul 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see181

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see154

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see154

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see139

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see132

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see131

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see126

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see126

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see125

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see123

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123

Rusiya Ukrayna müharibəsi ilə bağlı bədbin proqnoz

30 Noyabr 2025 18:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri