Icma.az
close
up
RU
“AzerGold”un nümayəndə heyəti Türkiyə və Qırğızıstanda işgüzar səfərdə olub FOTO

“AzerGold”un nümayəndə heyəti Türkiyə və Qırğızıstanda işgüzar səfərdə olub FOTO

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

“AzerGold” QSC-nin nümayəndə heyəti Türkiyə Respublikasının İzmir, Çanaqqala şəhərləri və Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə işgüzar səfər edib.

APA-Economics” xəbər verir ki, səfərlər qardaş türk dövlətləri ilə dağ-mədən sahəsində əlaqələrin möhkəmləndirilməsi, qarşlıqlı investisiya potensialının genişləndirilməsi, geoloji kəşfiyyat, faydalı qazıntıların hasilatı, tədqiqi, işlənilməsi və emalı sahəsində texniki təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil olunub.

Türkiyə Respublikasına səfər çərçivəsində “AzerGold” QSC-nin nümayəndələri “Tümad”, “Zenit”, “Bilfer” mədənlərində olublar. Görüşlər çərçicəsində iki ölkə arasında dağ-mədən sənayesində mövcud uğurlu əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, yeni texnologiyaların tətbiqi, qarşılıqlı təcrübə və bilik mübadiləsi, eləcə də gələcək birgə layihələrin idarə olunması istiqamətində səmərəli müzakirələr aparılıb.

Nümayəndə heyəti daha sonra Qırğız Respublikasının Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyinin dəvəti ilə Bişkek şəhərinə səfər edib. Səfər çərçivəsində Nazir müavini Marat Jusufbekov və bu ölkənin aparıcı dağ-mədən şirkəti “Qırğızaltın” MMC-nin rəhbər şəxsləri ilə görüşlər keçirilib. “AzerGold” QSC-nin dağ-mədən sənayesindəki qabaqcıl təcrübəsi, qarşılıqlı əməkdaşlıq və investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı Qırğızıstanın Unkurtaş, Sarıtyube və Karatyube qızıl yataqlarının texniki-geoloji dəyərləndirilməsi, potensial investisiya imkanları, habelə geoloji tədqiqat və kadr hazırlığı sahəsində qarşılıqlı təlim və təcrübə mübadiləsi proqramlarının təşkili məsələləri diqqət mərkəzində olub. Qırğız tərəfi bu istiqamətdə “AzerGold” QSC ilə əməkdaşlığa xüsusi maraq göstərdiyini qeyd edib.

Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin uzun illər xarici şirkət tərəfindən istismar edilən, hazırda isə Qırğızıstana məxsus “Kumtor Gold” şirkəti tərəfindən idarə olunan “Kumtor” qızıl mədənində də olub. Burada nümayəndələr açıq karxana və yeraltı mədən üsulu ilə qızıl hasilatı prosesi ilə yaxından tanış olub, yerli mədənçıxarma təcrübəsini əyani surətdə müşahidə edib.

Qeyd edək ki, bu tip səfərlər “AzerGold” QSC-nin beynəlxalq əməkdaşlıq strategiyasının mühüm tərkib hissəsi olmaqla, regional əməkdaşlıq və inteqrasiyanın inkişafına töhfə verir. Səfər zamanı əldə olunan razılaşmalar və fikir mübadiləsi, tərəflər arasında gələcəkdə həyata keçiriləcək layihələrin səmərəli icrası üçün möhkəm zəmin yaradır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Oktyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri