Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

“AzerGold”un istehsal və mənfəəti 35 faiz yüksəlib

“AzerGold”un istehsal və mənfəəti 35 faiz yüksəlib

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkəmizin qiymətli metalların istehsalı sahəsində əsas operatoru olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti özünün və törəmə şirkətlərinin 2024-cü il üzrə nəticələrini açıqlayıb. Hesabatlardan göründüyü kimi, ötən il qurumun gəlirləri 135 milyon dollardan 182 milyon dollara yüksəlib. Bu isə 47 milyon dollar və ya 35 faiz artım deməkdir. 

Şirkət gəlirlərinin kəskin artımını qızılın satışı və qiymətlərin artımı ilə əsaslandırıb. Belə ki, 2024-cü ildə “AzerGold”un qızıl satışları fiziki olaraq 9 faiz artıb. Ümumilikdə, ötən il şirkət 70,5 min unsiya qızıl və 97,5 min unsiya gümüş satıb. Eyni zamanda, satışın həcmi ilə yanaşı, qızılın qiymətində də 29 faizlik artım qeydə alınıb. İl ərzində satışın maya dəyəri isə, təqribən, 21 milyon manat artaraq 2023-cü ildəki 93 milyon dollardan 114 milyon dollara çatıb. Şirkət satışın maya dəyərinin yüksəlməsini yanacağın bahalaşması, inflyasiya, istifadə olunan materialların qiymətlərinin və əmək haqlarının artımı ilə izah edib. Belə ki, ötən il qurumun amortizasiya xərcləri, təqribən, 11 milyon dollar artaraq 46 milyon dolları keçib. 

Şirkətin bütün xərc artımının yarıdan çoxu amortizasiya xərclərinin payına düşüb. Bundan əlavə, il ərzində partlayış və daşınma xərcləri 2,7 milyon dollar artaraq 23 milyon dolları ötüb. Material və kimyəvi reagent xərcləri isə 5,1 milyon dollar artaraq 11 milyon dollara yaxınlaşıb. Nəticədə, 2024-cü ildə şirkətin ümumi satış mənfəəti 68 milyon dollara çatıb ki, bu da əvvəlki ilin göstəricisindən 26 milyon dollar artıqdır. 2024-cü ildə şirkət bu vəsaitin 27 milyon dollarını inzibati və ümumi xərclərə sərf edib, daha 1,4 milyon dollar isə aktivlər üzrə dəyərsizləşməyə silinib. Eyni zamanda ötən il “AzerGold” QSC sair gəlirlər kimi, təqribən, 4 milyon dollar qazanıb. 

Hesabata əsasən, maliyyə xərc və gəlirlərini, eləcə də 9 milyon dollar mənfəət vergisini nəzərə aldıqda şirkətin illik xalis mənfəəti 33 milyon 22 min dollar təşkil edib. Bu isə 2023-cü illə müqayisədə 5,8 milyon manat və ya 21 faiz artım deməkdir. Bununla belə, 2024-cü ildə qurumun fəaliyyətində diqqəti daha çox cəlb edən məqam onun öhdəliklərini kəskin azaltması, yəni borclarının böyük hissəsini bağlamasıdır. Ötən ilin nəticələrinə əsasən, şirkətin aktivləri, təqribən, 20 milyon dollar artaraq 468 milyon dollardan 488 milyon dollara yüksəlib. Artım, əsasən, uzunmüddətli aktivlərin hesabına baş verib. 2024-cü ildə “AzerGold”un 49 milyon dollarlıq investisiya mülkiyyətinin yaranması da əsaslı yüksəlişdən soraq verir.

Şirkətin fəaliyyətində diqqətçəkən daha bir məqam isə onun öhdəliklərinin kəskin azalması olub. Belə ki, ötən il “AzerGold”un öhdəlikləri 62 milyon dollar və ya 40 faizdən çox azalaraq 150 milyon dollardan 88 milyon dollara enib. Qurum ötən il uzunmüddətli borclarını da 57 milyon dollardan 25 milyon dollaradək azaltmağa müvəffəq olub. Bundan əlavə, il ərzində şirkətin ticarət kredit borcları 8 milyon dollar azalaraq 18 milyon dollardan 10 milyon dollara enib. Qısamüddətli borclar isə 11 dəfə azalaraq 35 milyon dollardan 3,1 milyon dollara düşüb. 

Ümumilikdə, 2024-cü ildə “Azergold”un mövcud bank kreditlərinin 69 faizi və ya təqribən, 65 milyon dolları tam şəkildə bağlanılıb. Nəticədə, şirkətin borc/kapital nisbəti 0,29-dan bir qədər də azalaraq 0,07-yə qədər enib. Müqayisə üçün bildiririk ki, dağ-mədən sənayesində fəaliyyət göstərən şirkətlər üçün bu göstəricinin 1.00 səviyyəsində olması olduqca yaxşı nəticə sayılsa da, “AzerGold”da bu göstərici daha yaxşıdır. Bütövlükdə, öhdəliklərin kəskin azalması ilə şirkətin kapitalı 20 faizdən çox artaraq 400 milyon dollara yaxınlaşıb. 

Yeri gəlmişkən, son 9 ildə “AzerGold” QSC yerli və xarici bazarlarda qızıl və gümüşün satışından 1 milyard 691 milyon manat (995 milyon dollar) gəlir əldə edib. Həmin vəsaitin isə 1 milyard 592 milyon manatı və ya 94 faizi ixracdan əldə edilib. Bu barədə bir qədər əvvəl “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Zakir İbrahimov açıqlama verib. Onun sözlərinə görə, şirkətin məhsuldar fəaliyyətinin nəticəsində əldə edilmiş gəlirlərin 224 milyon manatı dövlət büdcəsinə vergi və sosial köçürmələr formasında ödənilib. Hazırda qızılın ölkəmizə ən çox valyuta gətirən qeyri-neft məhsulu olduğunu vurğulayan sədr deyib ki, qurum ixrac imkanlarının artırılması ilə daha çox töhfələr verməyi, növbəti 5 ilə qədər illik dövriyyəsi 1 milyard manat olan, ölkənin aparıcı vergi ödəyicilərindən birinə çevrilməyi hədəfləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Avqust 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri