Icma.az
close
up
RU
“AzerGold”un təqaüd müsabiqəsinin qalibləri mükafatlandırılıb FOTO

“AzerGold”un təqaüd müsabiqəsinin qalibləri mükafatlandırılıb FOTO

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fevralın 27-də “AzerGold” QSC-də ali və peşə təhsili müəssisələrinin tələbələri üçün elan edilən 4-cü Təqaüd proqramı müsabiqələrinin qaliblərinin mükafatlandırılması, "Mədən topoqrafiyası" dərs kitabının təqdimat mərasimi keçirilib.

APA-Economics” xəbər verir ki, tədbirdə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, eləcə də ali təhsil müəssisələrinin rektorları və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Təqaüd proqramlarının növbəti qaliblərini təbrik edib və onlara təhsil, gələcək karyera həyatlarında uğurlar arzulayıb.

Zakir İbrahimov Təqaüd proqramları haqqında ətraflı bəhs edərək, layihənin QSC-nin inkişafi strategiyası əsasında müəyyən edilmiş kadr ehtiyacları üzrə resursların zamanında cəlb olunması planı çərçivəsində 2021-ci ildən həyata keçirildiyini qeyd edib. Bildirilib ki, sənaye və dağ-mədən istiqaməti üzrə təhsil alan tələbələri əhatə edən layihənin əsas məqsədi təhsilə marağın daha da artırılması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının təcrübə şəraitində inkişaf etdirilməsidir.

Layihə çərçivəsində, bugünədək, ümumilikdə 38 nəfərin ali təhsil və 37 nəfər peşə təhsili üzrə tələbənin təqaüd qalibi olduğunu, QSC-də istehsalat təcrübəsinə cəlb edildiyini qeyd edən Zakir İbrahimov Səhmdar Cəmiyyətinin ixtisaslı kadr ehtiyacına uyğun olaraq həmin tələbələrin məzun olduqdan sonra peşə fəaliyyətinə başlamasına da dəstək göstərildiyini diqqətə çatdırıb.

Təqaüd proqramlarını tələbələrin təhsil həyatına, onların bilik və bacarıqlarının artırılmasına mühüm töhfə hesab edən Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə “AzerGold” QSC-nin timsalında dövlət və özəl sahibkarlıq subyektlərinin korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində reallaşdırdığı bu cür təşəbbüslərin milli təhsilin inkişafı ilə bağlı dövlətimizin başçısı tərəfindən qarşıya qoyulmuş məqsədlərə xidmət etdiyini vurğulayıb.

Nazir müavini qalib tələbələri təbrik edərək, proqram müddəti ərzində tələbələrə istehsalat təcrübəsindən maksimum faydalanmağı, peşəkar hazırlıqlı mütəxəssis kimi yetişmələri üçün onlara təqdim olunan bütün imkanlardan yararlanmağı tövsiyyə edib.

Daha sonra peşə-ixtisas sahəsi üzrə təhsil alan tələbələr üçün nəşr olunan “Mədən topoqrafiyası” kitabı barədə məlumat verən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru dərs vəsaitinin Elm və Təhsil Nazirliyinin təşəbbüsü, “AzerGold” QSC-nin dəstəyi ilə türk dilindən Azərbaycan dilinə tərcümə və nəşr etdirildiyini diqqətə çatdırıb. O, “Mədən topoqrafiyası” kitabının mədənçilikdə müasir topoqrafik ölçmə-hesablama növ və üsulları ilə bağlı peşə məktəbi tələbələrinin hazırlığına xidmət etdiyini qeyd edib. Bildirilib ki, 200 tirajla çap olunan kitab ölkəmizin əsas dağ-mədən sənaye rayonları hesab olunan Daşkəsən və Gədəbəy, eləcə də Gəncə şəhərində yerləşən peşə təhsili müəssisələrinə göndərilib.

Sonda Təqaüd proqramı müsabiqələrinin qaliblərinə təltifnamə və xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə ali təhsil müəssisələrindən “Geologiya”, “Dağ-mədən mühəndisliyi”, “Kimya mühəndisliyi”, ”Ekologiya” ixtisasları üzrə təhsil alan 10, peşə təhsili müəssisələrindən isə 2 tələbə “AzerGold” təqaüdünün qalibi olub. Proqram çərçivəsində tələbələrin sosial müdafiəsinə dəstək məqsədi ilə qaliblərin hər biri üçün aylıq təqaüdün verilməsinə başlanılıb.

Layihə çərçivəsində Səhmdar Cəmiyyətinin ixtisaslı kadr ehtiyacına uyğun olaraq proqramda iştirak edən tələbələrin məzun olduqdan sonra peşə fəaliyyətinə başlamasına da dəstək göstərilməsi nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 Fevral 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri