BDU tələbələri “AzerGold”un “Təqaüd proqramı” müsabiqəsinin qalibi olublar AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 27 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin IV kurs tələbələri Tural Murtuzov və Emin Zeynallı “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ali təhsil müəssisələrinin tələbələri üçün elan etdiyi növbəti “Təqaüd proqramı” müsabiqəsinin qalibi olublar.
Universitetdən AZƏRTAC-a bildirilib ki, müsabiqə qaliblərinin hər biri müvafiq təltifnamə və 9 ay müddətində hər ay 200 AZN məbləğində təqaüd əldə edəcək. Proqramda iştirak edən tələbələrin QSC-də təcrübə proqramlarında iştirakı və məzun olduqdan sonra müvafiq vəzifələr üzrə işlə təmin edilməsi nəzərdə tutulur.
“AzerGold” QSC 2021-ci ildən ali və peşə təhsili üzrə “Təqaüd proqramı” layihələri icra edir. Bu günədək ali məktəblərin bakalavriat və magistratura səviyyələrində təhsil alan 28, peşə təhsili müəssisələrindən isə 35 tələbəyə təqaüd verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 27 Noyabr 2024 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















