Bakı Qəzzaya sülhməramlıların göndərilməsi ilə bağlı qərar qəbul etməyib Hikmət Hacıyev
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
"ABŞ rəsmilərinin açıqlamalarına baxmayaraq, Azərbaycan Qəzza zolağındakı beynəlxalq sülhməramlı kontingentdə iştirak etməklə bağlı yekun qərar qəbul etməyib". Avtosfer.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Nikkei" nəşrinə müsahibəsində rəsmi Bakının bu cür təşəbbüslərə ehtiyatla yanaşdığını bildirib. O qeyd edib ki, qeyri-müəyyən mandat səbəbindən ABŞ-nin vasitəçiliyi ilə həyata keçirilən atəşkəs planı çərçivəsində missiyada iştirak etmək Azərbaycan üçün çətin olacaq. Prezident köməkçisinin sözlərinə görə, Vaşinqton həqiqətən də Azərbaycan qoşunlarının "Beynəlxalq Sabitləşdirmə Qüvvələri"nə daxil edilməsi təklifi ilə Bakıya müraciət edib, lakin hələlik yekun qərar qəbul edilməyib. H.Hacıyev vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsində güc tətbiqi qaydaları və ya missiyanın mandatının əhatə dairəsi ilə bağlı dəqiq müddəalar yoxdur.
Xatırladaq ki, daha əvvəl ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uols Azərbaycan və İndoneziya kimi ölkələrin artıq beynəlxalq kontingentin bir hissəsi olaraq Qəzzaya qüvvələrini göndərməyə razılıq verdiyini bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 24 Dekabr 2025 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















