Icma.az
close
up
RU
“Azəriqaz”ın daha bir OYUNU 82 yaşlı abonentə istifadə etmədiyi qaza görə niyə “borc” YAZILIB? FOTO

“Azəriqaz”ın daha bir OYUNU 82 yaşlı abonentə istifadə etmədiyi qaza görə niyə “borc” YAZILIB? FOTO

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Zaqatalanın Lahıc kənd sakini Maqsud Yunusov istifadə etmədiyi mavi yanacaqla bağlı ona əlavə vəsait hesablandığından şikayətçidir.  
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatala sakininin sözlərinə görə  rayon qaz istismar sahəsində onu anlamadıqlarını, əksinə yanlışlığa yol verdiyini deyirlər. 
82 yaşlı Maqsud Yunusov dörd övlad atasıdır. O, övladlarının hər birinin başqa ünvanlarda yaşadıqlarını deyir.
Noyabr ayının əvvəlində ikinci qrup əlil kimi həyat yoldaşı ilə birlikdə Sumqayıt şəhərinə müalicə üçün yollanıblar. Dediyinə görə o, mavi yanacaqla bağlı bütün ödənişləri də Sumqayıta getməzdən əvvəl ödəyibmiş. Lakin geri dönərkən qapıda  “Azəriqaz”ın yeni qəbzini görəndə təəccüblənib. 

“Noyabr ayının 5-də yoldaşımla Sumqayıta əlillər sanatoriyasına getmişəm və 20-də gəlmişəm. Biz qayıdandan sonra yəni ayın 28-də gəlib sayğaca baxdılar və 54 manat pul yazdılar. Bu, nə deməkdir? Evdə olmadığımız və kimsənin qazdan istifadə etmədiyi halda niyə pul yazılsın ki?” 
Vətəndaşın iddiası ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq. Qurumdan saytımıza bildirilib ki, hər bir vətəndaşda olduğu kimi Lahıc kənd sakini Maqsud Yunusovun yaşadığı mənzildə də istifadə etdiyi mavi yanacağa görə sərfiyyat elektron qaydada qeyd edilib.
Vətəndaşın nümunəvi ödəyici olduğunu, ona göndərilən qəbzlərə əsasən vəsaitləri də vaxtlı-vaxtında ödədiyini deyən İstehsalat Birliyinin nümayəndəsi əlavə edib ki, ona debitor borcundan əlavə heç bir vəsait hesablanmayıb.

Ən son isə vətəndaşa 54 AZN qəbz göndərilib ki, bu da onların istifadə etdiyi mavi yanacağa görədir.  

Qeyd edək ki, Maqsud Yunusov ona gələn 54 manatlıq qəbzi də əvvəldən ödəyib . O, Zaqatala qaz istismar sahəsinə dəvət edilərək bir daha ödənişlə bağlı izahat verib. 





Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Dekabr 2024 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see232

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see229

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see213

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see205

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see187

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see185

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see176

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see169

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see168

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see161

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see160

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see154

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see150

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see150

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see149

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see149

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see145

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri