AZƏRTAC ın fotomüxbirinin fotoları beynəlxalq müsabiqələrin qızıl medalına layiq görülüb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 29 avqust, AZƏRTAC
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FİAP) Serbiya və Hindistanda keçirdiyi fotomüsabiqələrin qızıl medalına layiq görülüb.
Serbiyada keçirilən “Lumen Photo Award” fotomüsabiqəsində dünyanın 56 ölkəsindən 234 fotoqraf iştirak edib. 2008-ci ilin sentyabrında Pekində keçirilən XIII Yay Paralimpiya Oyunlarında İlqar Cəfərovun çəkdiyi "Finish" adlı fotosu Serbiya Fotoqrafiya Assosiasiyasının qızıl medalına (FSS Gold Medal) layiq görülüb. Fotomüxbirin "On the cycle track" adlı digər fotosu isə həmin müsabiqədə gümüş medalla mükafatlandırılıb.
Həmçinin onun “Scramble and throw” adlı fotoşəkili Hindistanda “O'RA D FAME CIRCUIT” fotomüsabiqəsində qızıl medal layiq görülüb. Bu foto, həmçinin "On the cycle track" fotosu 2016-cı ildə Braziliyada keçirilən XXXI Yay Olimpiya Oyunlarında çəkilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 29 Avqust 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















