Icma.az
close
up
RU
AzMİU da Məzun Assosiasiyasının növbəti görüşü keçirilib FOTOLAR

AzMİU da Məzun Assosiasiyasının növbəti görüşü keçirilib FOTOLAR

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi ərəfəsində AzMİU Məzunlar Assosiasiyasının növbəti görüşü keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə universitet rəhbərliyi, ölkənin qabaqcıl inşaat və memarlıq şirkətlərinin nümayəndələri, tanınmış mütəxəssislər və müxtəlif illərin məzunları iştirak ediblər.

Tədbir AzMİU-nun Məzunlar Assosiasiyasının sədri, PMD Projects-in direktoru, universitetin məzunu Nəriman Topçibaşevin açılış nitqi ilə başlayıb. O, Assosiasiyanın fəaliyyət istiqamətləri, görülən işlər və qarşıdakı planlar barədə məlumat verib. Nəriman Topçibaşev şirkətlər və universitet arasında əməkdaşlığın bu gün ən prioritet məsələlərdən birinə çevrildiyini qeyd edib: “Kadr potensialının gücləndirilməsi üçün universitetlə əməkdaşlıq vacibdir. Qarşıda Assosiasiyanın fondunun yaradılması planlaşdırılır. Fond vasitəsilə universitetin maddi-texniki bazasının gücləndirilməsi, qayğıya ehtiyacı olan tələbələrə təqaüdlərin verilməsi və digər sosial layihələrin icrası mümkün olacaq”.

AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova məzunların universitet ətrafında birləşməsinin böyük məmnunluq doğurduğunu vurğulayıb. O qeyd edib ki, AzMİU istehsalatla əlaqələrin, eləcə də məzunlarla əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir: “Biz məzunlarımızı universitetin ayrılmaz bir parçası hesab edirik. Beynəlxalq reytinqlərdə və ali təhsil üzrə dünya standartlarında məzunlarla əlaqə mühüm inkişaf meyarı kimi təqdim olunur. Bu baxımdan sizinlə sıx əməkdaşlıq həm tədrisin keyfiyyətinin artırılmasına, həm də kadr hazırlığında real tələblərin universitetə çatdırılmasına əhəmiyyətli töhfə verəcək”.

Professor Gülçöhrə Məmmədova, həmçinin Məzunlar Assosiasiyasının universitetin yataqxana kompleksinin bərpası ilə bağlı təşəbbüslərini yüksək qiymətləndirib və yataqxananın əsaslı təmir edilərək tələbələrin istifadəsinə verilməsinin AzMİU üçün prioritet məsələlərdən biri olduğunu bildirib.

Görüş çərçivəsində universitetin yataqxana kompleksinin bir binasının mövcud vəziyyəti ilə bağlı video nümayiş etdirilib. Assosiasiya sədri Nəriman Topçibaşev binanın ilkin baxışdan keçirildiyini, ölçmələrin aparıldığını və müvafiq qurumlara müayinələrin həyata keçirilməsi üçün müraciət olunduğunu qeyd edib.

“Azərdövlətlayihə” DBLİ-nin direktoru Müsəddin Namazov, “MİDA” MMC-nin direktoru Fərhad Təhməzov, ArchiCO Engineering Company-nin Müşahidə Şurasının sədri Məhəmməd Musayev, ADSEA-nın Tikilməkdə olan obyektlərinin baş mühəndisi Babək Məmmədov, Qartal Tikinti Firmasının direktoru Şahin Məmmədov və digər məzunlar çıxış edərək mühüm məsələlərə toxunublar.

Onlar çıxışlarında yataqxana binasının müayinələrdən sonra qısa müddətdə bərpa olunması, tələbələrin ödənişli istehsalat təcrübələrinə cəlb edilməsi, universitet-istehsalat əlaqələrinin daha da genişləndirilməsi, mühəndislik və memarlıq sahəsində ixtisaslaşmanın vacibliyi kimi mövzulara diqqət çəkiblər.

Qeyd olunub ki, inşaat üzrə təhsili olmayan şəxslərin inşaat mühəndisi və ya memarlıq üzrə təhsili olmayanların memar kimi fəaliyyət göstərməsi ciddi təhlükələr yarada bilər və bu problemin aradan qaldırılması üçün universitetlə şirkətlər arasında birgə çalışma zəruridir.

Görüş zamanı həyata keçirilən layihələrin miqyasının artırılması məqsədilə Assosiasiyaya yeni üzvlərin qəbulu məsələsinə baxılıb. Eyni zamanda, yaxın günlərdə keçiriləcək AzMİU-nun 50 illik yubileyi ilə bağlı hazırlıq işləri və məzunların bu tədbirdə iştirakı da müzakirə edilib.

Qeyd edək ki, ötən ilin dekabr ayında universiteti müxtəlif illərdə bitirən 250-dən çox məzunun iştirakı ilə AzMİU Məzunlar Assosiasiyası yaradılmasına qərar verilib. Bu ilin aprel ayında isə Assosiasiyanın Təsis Yığıncağı keçirilib, Əsasnaməsi təsdiqlənib, Təftiş Komitəsi və İdarə Heyəti seçilib.

Assosasiya yarandığı gündən universitetlə əməkdaşlığı genişləndirib, bir sıra layihələr icra olunub, laboratoriyalar və xüsusi auditoriyalar istifadəyə verilib, tələbələr üçün ödənişli təcrübə proqramları elan edilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://unikal.az
archiveBu xəbər 28 Noyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri