Icma.az
close
up
RU
AzMİU da nüfuzlu elmi jurnalların hazırlanması ilə bağlı seminar təşkil olunub

AzMİU da nüfuzlu elmi jurnalların hazırlanması ilə bağlı seminar təşkil olunub

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 iyul, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanovun iştirakı ilə “Nüfuzlu elmi jurnalın hazırlanması yolları” mövzusunda seminar təşkil olunub.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, seminarın məqsədi elmi tədqiqatların keyfiyyətinin artırılması, gənc tədqiqatçıların təşviqi və beynəlxalq səviyyədə yayım imkanlarının genişləndirilməsidir.

Tədbirdə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova mövzunun aktuallığını vurğulayaraq qeyd edib ki, elmin inkişafı və biliklərin paylaşılmasında nüfuzlu elmi jurnallar mühüm rol oynayır: “Yüksək impakt faktorlu jurnallarda dərc olunan tədqiqatlar həm universitetlərin beynəlxalq reytinqlərdə mövqe qazanmasına, həm də dövlətin elm siyasətinin qlobal elmi ictimaiyyətdə tanınmasına ciddi töhfə verir. Universitet olaraq məqsədimiz elmi fəaliyyətin keyfiyyətini yüksəltmək, gənc tədqiqatçılara dəstək vermək və elmi nəticələrin beynəlxalq platformalarda yayımlanmasına şərait yaratmaqdır. Bu baxımdan Riyaziyyat və Mexanika İnstitutunun 3 nüfuzlu elmi jurnal təcrübəsi bizim üçün maraqlıdır”.

Professor Misir Mərdanov çıxışında yalnız nüfuzlu elmi jurnalların hazırlanması yollarını deyil, həm də elmi nəşrlərin Azərbaycanda və dünyada keçdiyi tarixi inkişaf mərhələlərini və müasir elmi kommunikasiya modellərini iştirakçılarla bölüşüb. Alim qeyd edib ki, elmi jurnalların əsası Avropada XVII əsrdə qoyulub və həmin ənənə bu gün də davam etdirilir. Azərbaycanda isə elmi nəşrçilik ənənələrinin XIX əsrin sonlarına təsadüf etdiyini deyən professor son illərdə bu sahədə ciddi irəliləyişlərin baş verdiyini bildirib.

Seminarda elmi jurnalların indeksləşdirildiyi əsas beynəlxalq bazalar – “Web of Science”, “Scopus”, “Google Scholar”, DOAJ və digər platformalar haqqında ətraflı məlumat verilib. Alim H indeksi, impakt faktor, “cite score”, Q1–Q4 kvartilləri kimi göstəricilərin elmi məqalə və jurnalların nüfuzunu qiymətləndirməkdə əsas meyarlar olduğunu xüsusi vurğulayıb: “Bu göstəricilər təkcə statistik rəqəmlər deyil, həm də tədqiqatın keyfiyyətini, mövzunun aktuallığını və elmi ictimaiyyət tərəfindən nə dərəcədə istinad edildiyini göstərən mühüm siqnallardır. Universitetlərin və ölkələrin elmi nüfuzunun artırılması üçün bu parametrlərə xüsusi diqqət yetirilməlidir”.

Tədbirdə, həmçinin jurnalın redaksiya heyətinin formalaşdırılması, rəy prosesinin şəffaf və obyektiv təşkili, beynəlxalq müəllif və oxucu auditoriyasının cəlb edilməsi, plagiatla mübarizə və jurnalların ingilis dilində dərc olunmasının zəruriliyi kimi məsələlərə dair praktik tövsiyələr səsləndirilib.

Daha sonra sual-cavab və müzakirə sessiyası olub. AzMİU əməkdaşları beynəlxalq standartlara uyğun elmi jurnal yaradılması istiqamətində texniki və strateji məqamlarla bağlı fikir mübadiləsi aparıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyul 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri