Icma.az
close
up
RU
Tanınmış alim AzMİU da elmi seminar keçib FOTOLAR

Tanınmış alim AzMİU da elmi seminar keçib FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) riyaziyyat və kompüter elmlərinin ən mürəkkəb və strateji istiqamətlərindən birinə həsr olunmuş elmi seminar keçirilib.

"Unikal" xəbər verir ki, “Dinamiki sistemlərdə hesablama məsələləri” mövzusunda təşkil olunan bu mötəbər tədbir AMEA-nın müxbir üzvü, görkəmli alim Kamil Ayzadənin rəhbərliyi ilə baş tutub.

Seminarın əsas məruzəçisi Maks Plank Proqram Sistemləri İnstitutunun əməkdaşı, gənc  alim Toğrul Kərimov dinamik sistemlərin formal yoxlama metodları ilə dərin təhlili və bu metodların müxtəlif tətbiq sahələrində inqilabi əhəmiyyəti barədə geniş məruzə ilə çıxış edib. O, diskret və fasiləsiz zamanlı xətti dinamik sistemlərin yoxlama problemlərini, onların cəbr və transendental ədəd nəzəriyyəsi, eləcə də hesablana bilənlik nəzəriyyəsi ilə olan fundamental əlaqələrini şərh edərək müasir riyazi yanaşmaların gücünü ortaya qoyub.

Vurğulanıb ki, formal yoxlama metodları yüksək səviyyəli kiber-fiziki sistemlərin təhlükəsizliyini və funksional düzgünlüyünü təmin edən ən effektiv alətlərdən biridir. Alimlər bu metodların süni intellekt, avtomatlaşdırılmış idarəetmə və kritik infrastrukturların qorunması sahələrində tətbiqinin mühüm perspektivlər açdığını bildiriblər.

Müzakirələr zamanı elmi ictimaiyyət Toğrul Kərimovun tədqiqatlarının Azərbaycan elmi üçün strateji əhəmiyyətini xüsusi qeyd edib. Eyni zamanda, onun elmi işlərinin yaxından izlənilməsi və potensial əməkdaşlıq imkanlarının dəyərləndirilməsi barədə yekdil fikir ifadə olunub.

Bildirək ki, Maks Plank İnstitutu öz alimlərinə verilən 39 Nobel Mükafatı ilə elm və texnologiya tədqiqat təşkilatı kimi dünya miqyasında aparıcı reputasiyaya malikdir və geniş şəkildə dünyanın ən əsas tədqiqat təşkilatlarından biri kimi qəbul edilir.  Albert Enşteyn də zamanında bu mərkəzdə qonaq professor olub. 

Toğrul Kərimov İngiltərənin Oksford Universitetində bakalavr və magistr təhsili alıb, hazırda isə o dünyanın nüfuzlu elmi tədqiqat mərkəzlərindən olan Maks Plank İnstitutunda doktorantura təhsilini davam etdirir. Onun elmi rəhbəri isə tanınmış alim Joel Ouaknindir. Toğrul Kərimov, həmçinin Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) üzvü olan gənc alimlərdəndir. 

AzMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, Elmi-tədqiqat şöbəsinin müdiri, İnformasiya texnologiyaları və sistemləri,  Ali riyaziyyat kafedralarından  əməkdaşlar,  AMEA-nın İdarəetmə Sistemləri İnstitutundan nümayəndələr iştirak ediblər. Seminarda mövzu ilə bağlı suallar səsləndirilib, gələcək tədqiqat istiqamətləri barədə müzakirələr aparılıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Mart 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see487

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see438

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see338

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see288

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see279

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see275

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see270

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see263

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see245

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see237

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see229

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see223

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see221

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see217

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see212

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see207

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see195

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see187

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri