Icma.az
close
up
RU
AzMİU ilə bu institut arasında Memorandum imzalanıb FOTOLAR

AzMİU ilə bu institut arasında Memorandum imzalanıb FOTOLAR

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu arasında təhsil, elm və ixtisasartırma sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.

"Unikal" xəbər verir ki, AzMİU-da keçirilən imzalanma mərasimində universitetin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova və İqtisadiyyat İnstitutunun baş direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli (İmanov), eləcə də hər iki qurumun nümayəndə heyəti iştirak edib.

Memorandum iki qurum arasında elmi-tədqiqat, innovasiya, kadr hazırlığı, istehsalat təcrübəsi və məşğulluq sahələrində qarşılıqlı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənəd, tərəflərin elmi və akademik potensialının birləşdirilməsi, birgə layihələrin həyata keçirilməsi, magistr və doktorantların elmi fəaliyyətinin dəstəklənməsi, eləcə də iqtisadi və şəhərsalma yönümlü tədqiqatların praktiki tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.

Əməkdaşlıq çərçivəsində birgə elmi araşdırmaların aparılması, simpozium və konfransların təşkili, elmi nəşrlərin hazırlanması, tədris prosesində elmi-analitik nəticələrdən istifadə və beynəlxalq layihələrdə ortaq iştirak əsas istiqamətlər kimi müəyyənləşdirilib.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova çıxış rdərək bildirib ki, müasir universitet modeli yalnız tədrislə məhdudlaşmamalı, elm, innovasiya və istehsalatla sıx əlaqə üzərində qurulmalıdır:

“İqtisadiyyat İnstitutu ilə imzaladığımız bu Memorandum AzMİU-nun elmi potensialının iqtisadi tədqiqatlarla daha sıx inteqrasiyasına xidmət edir. Memarlıq, şəhərsalma, infrastruktur və dayanıqlı inkişaf məsələləri bu gün iqtisadi analizsiz təsəvvür olunmur. Bu əməkdaşlıq həm gənc tədqiqatçıların, həm də doktorant və magistrantların elmi inkişafına yeni imkanlar açacaq”.

Rektor vurğulayıb ki, AzMİU ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun elmi təşəbbüsləri dəstəkləməyə və elm tutumlu müəssisələrlə strateji tərəfdaşlığı genişləndirməyə xüsusi önəm verir.

İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli çıxışında AzMİU-nun elmi və akademik mühitini yüksək qiymətləndirərək bildirib ki, bu əməkdaşlıq fundamental iqtisadi tədqiqatların real tətbiq sahələrinə çıxışını gücləndirəcək:

“AzMİU ilə əməkdaşlıq bizim üçün xüsusi əhəmiyyət daşıyır. İnfrastruktur, regionların inkişafı, şəhər iqtisadiyyatı və dayanıqlı planlaşdırma sahələrində aparılan tədqiqatların elmi əsaslarla və praktik yanaşma ilə həyata keçirilməsi bu Memorandumun əsas hədəflərindəndir. Birgə layihələr vasitəsilə elmi biliklərin real qərarvermə proseslərinə inteqrasiyasını gücləndirməyi qarşıya məqsəd qoyuruq”.

Çıxışlardan sonra tərəflər arasında nümayəndə heyətlərinin də iştirakı ilə müzakirələr aparılıb. Görüş zamanı mövcud əməkdaşlığın bu Memorandum vasitəsilə daha da dərinləşdirilməsi, konkret layihələr üzrə fəaliyyət planlarının hazırlanması və uzunmüddətli tərəfdaşlıq mexanizmlərinin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Fevral 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri