Icma.az
close
up
RU
Azpulmat sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?

Azpulmat sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?

Icma.az bildirir, News24 portalına istinadən.

Son illərdə Azərbaycanda maliyyə texnologiyalarının sürətli inkişafı bəzi bank olmayan kredit təşkilatlarından (BOKT) cəmi bir neçə saniyədə kredit götürmək imkanı yaradıb.

Banklardan kredit əldə edə bilməyənlərin daha çox üz tutduğu bu təşkilatlar müştərilərinə girovsuz, təminatsız və bir neçə dəqiqə ərzində kart hesabına yatırılan gündəlik borclar təklif edirlər. Bəs bu təşkilatlardan kredit götürmək vətəndaş üçün həqiqətən sərfəlidirmi?

Son zamanlar adı hallanan “Azpulmat” hər 100 ölkə vətəndaşınından 10-nu borcluya çevirib. Belə ki, vətəndaş BOKT-un tətbiqi və ya veb saytı vasitəsilə saniyələr içində kredit götürə bilir. Təbii ki, bu müştərilərə asan və sərfəli görünə bilər. Lakin “Azpulmat” ilk dəfədən yüksək məbləğdə kredit vermir. Bunun üçün uzun müddətli müştəri olmalısınız. BOKT-un müştərisi olmuş həmsöhbətimiz bildirdi ki, təşkilat ilk müştərisinə krediti minimum məbləğdən – 20 manatdan verir. Bunu BOKT-un dəstək çatında əlaqə saxladığımız operator da təsdiqlədi. Məlum oldu ki, "ilk sınaqdan" keçən müştəri sonradan 70 manat kredit götürə bilir:

"Birinci dəfə mənə 20 manat kredit verildi. Təşkilat ilk 5 gün ərzində faiz hesablamır, sonradan kreditin üzərinə 0.30%-lik faiz gəldi. Mən ödəməni 15 gün gecikdirdiyim üçün 23 manat 60 qəpik ödəniş etdim. Düzünü desəm, 20 manat üçün 3 manat 60 qəpik faiz ödəmək mənə sərfəli görünmədi. Lakin ehtiyacım olduğu üçün təkrar-təkrar, daha çox məbləğlərdə kredit götürməyə məcbur oldum. Hazırda boclarım çox yığılıb, ödəyə bilmirəm".

Beləliklə, götürülən 20 manatlıq minimum ilk kredit 0.30%-lik faiz (ilk 5 gün xaric) hesablanması şərti ilə 15-ci gündə 20 manat 61 qəpik olaraq ödənməlidir, lakin həmsöhbətimiz 23 manat 60 qəpik ödədiyini deyir. 15-ci gündə kreditin ödənişinin 23.60 manat səviyyəsində ödənməli olduğu təşkilatın veb saytındaki kalkulyator da təsdiqləyir. Bəs 2.99 manatlıq əlavə ödəniş nədən qaynaqlanır? Bu yəqin ki, BOKT tərəfindən tətbiq olunan əlavə komissiyalar və xidmət haqları ilə bağlıdır.

Göründüyü kimi, müştərilərin bank və ya başqa kredit təşkilatında kreditinin olmasından narahat olmayan bu platformalar əslində yüzlərlə insanı borc bataqlığına sürükləyən təhlükəli sistemin tərkib hissəsidir.

“Onlayn bank kreditləşməsinə əlverişli alternativ” olduğunu iddia edən “Azpulmat” müştərilərinə yalnız şəxsiyyət vəsiqəsi ilə, girovsuz və istənilən məqsədlər üçün kredit təklif edir. “Azpulmat” xidmətdən ilk dəfə istifadə edən müştərilərinə minimum 20 manatdan maksimum 500 manatadək “ilk kredit” verir.

Platformanın eyni zamanda minimum 50 manatdan maksimum 1500 manatadək 30 gün müddətinə verilən “təkrar kredit”i də mövcuddur.

500 manatlıq ilk kredit maksimum 45 gün geri ödəmə vaxtı ilə verilir, ilk 5 gün ərzində faizlər hesablanmır. 6-cı gündən 45-ci günədək isə gündəlik 0.30% faiz hesablanır. İlk baxışdan faizin məbləği az görünsə də, müştəri götürdüyü 500 manatlıq krediti 45-ci gün original məbləğdən 42% çox pul – 710 manat ödəyərək bağlayır. Müştəri eyni zamanda 36-cı gündən etibarən verilmiş kreditdən istifadəyə görə 30%-lik xidmət haqqı da ödəyir. Təşkilat 50-1500 manatlıq 30 günə verilmiş kredit üçün 0.50% faiz hesablayır. Müştəri 30-cu gün 1500 manatlıq kreditini 22.5% çox pul – 1837.5 manat ödəməklə bağlayır.

Bundan əlavə, BOKT öz sayt və mobil tətbiqində ödəniş qəbul etmək üçün də əlavə pul alır. Əgər müştəri kreditini bank kartıyla, “Azpulmat” saytında və ya mobil tətbiqində ödəmək istəyirsə 0.5%-lik komissiya ödəməlidir.

Əlbəttə, biz bu hesablamaları “Azpulmat”ın müştəriyə maksimum verəcəyi məbləğdən apardıq. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, təşkilat bu məbləğləri yalnız uzun müddətli müştərisinə verir.

"Müştərinin əldə edə biləcəyi kredit limiti, kredit məbləği və müddəti tətbiq tərəfindən individual olaraq baxılır və avtomatik təyin edilir.

Yüksək fazilər yüzlərlə insanın BOKT qarşısında öhdəliklərinin icrasında problem yaratdığı üçün məhkəmə predmetinə səbəb olub. BOKT-ların banklardan fərqli olaraq sərt tələblər qoymaması əskəriyyətin bu cür təşkilatlara müraciət etməsinə səbəb olur. Əgər 2023-cü ilin yanvarında BOKT-lar əhaliyə 600 milyon 800 min manat kredit veribsə, 2024-cü ilin yanvar ayında bu rəqəm 808 milyon 300 min manat olub. Mayın 1-nə bank olmayan kredit təşkilatlarının kredit qoyuluşu 1 milyard 802,3 milyon manat olub. Bu, illik müqayisədə 34,5 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,2 %-dən 6 %-ə çatıb. 2025-ci il aprel ayının 1-nə BOKT-lar tərəfindən milli valyutada verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi 35% təşkil edib.

Ekspertlər bildirir ki, BOKT-larla bağlanan müqavilələrdə bütün məsuliyyət vətəndaşın üzərinə düşür. Nəticə etibarı ilə vətəndaş məhkəmələrdə uduzur. Belə olan halda şəxsin və ona zamin duranların əmlakı sual altına düşür. Onlar satılaraq pulları borcun bağlanmasına sərf olunur. Müəyyən tənzimləyici aktlarla BOKT-ların faiz dərəcələrinə məhdudiyyətlərin gətirilməsi mümkündür. O zaman isə BOKT-ların sayı azalacaq.

Qeyd edək ki, hazırda ölkədə 56 BOKT fəaliyyət göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:626
embedMənbə:https://news24.az
archiveBu xəbər 02 İyun 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see613

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see516

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see460

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see431

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see344

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see336

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see319

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see257

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see237

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see235

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see220

Bəniz ləqəbli tiktoker 10 il 3 ay müddətinə HƏBS EDİLDİ

06 Avqust 2026 18:43see219

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see204

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see201

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see200

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see187

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see183

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri