Icma.az
close
up
RU
“Aztelekom” 10G və 50G PON texnologiyalarının tətbiqinə başlayacaq

“Aztelekom” 10G və 50G PON texnologiyalarının tətbiqinə başlayacaq

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

AZCON Holding şirkətlərindən olan “Aztelekom”un baş direktor vəzifəsini icra edən Həsən Ömərov və şirkətin Şəbəkə texnologiyaları departamentinin rəhbəri Şəhriyar Ağayev “Telecom Review” saytına müsahibə veriblər.

“Qafqazinfo” xəbər verir ki, H.Ömərov öz müsahibəsində şirkətin cari nailiyyətləri və gələcək planları ilə bağlı sualları cavablandırıb.

O, Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyası (WBBA) tərəfindən verilən “Gigacity Champion” mükafatının “Aztelekom”un rəqəmsal transformasiya öhdəliyinə sadiqliyinin və uzunmüddətli vizyonunun təsdiqi olduğunu vurğulayıb.

10G PON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının Azərbaycanda tətbiqi ilə bağlı sualı cavablandıran Şəhriyar Ağayev bildirib ki, “Aztelekom”un bu istiqamətdə gördüyü işlər şirkətin davamlı rəqəmsal infrastrukturun qurulmasına dair strateji öhdəliyini əks etdirir. Ş.Ağayev, həmçinin qeyd edib ki, 10G və 50G PON kimi texnologiyalar bizə yaxın gələcəkdə ultrasürətli, etibarlı və genişzolaqlı sürət təqdim etməyə imkan verəcək və yaxın zamanda həm ev, həm də biznes təsərrüfatlarının istifadəçiləri üçün 500 Mbit/s və daha yüksəksürətli internetlə təmin edilmə imkanı yaradacaq.

Məlumat üçün bildirək ki, “Gigacity Champion” mükafatı son bir il ərzində “Aztelekom”un təltif olunduğu üçüncü beynəlxalq mükafatdır.

Qeyd edək ki, 10G və 50G PON texnologiyaları optik şəbəkələrdə müvafiq olaraq 10 Gbps və 50 Gbps sürətlə internet və məlumat ötürülməsini təmin edən yeni nəsil genişzolaqlı rabitə sistemləridir. Bu texnologiyalar xüsusilə yüksək istifadəçi tələbatı olan bölgələrdə daha sürətli, sabit və yüksəktutumlu bağlantılar təqdim etmək üçün istifadə olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Avqust 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see294

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see292

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see252

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see239

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see150

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see145

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see142

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see125

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see124

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see122

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri