Icma.az
close
up
RU
“Syuardın axmaqlığı” və Trampın sevdası

“Syuardın axmaqlığı” və Trampın sevdası

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Qrenladiyanın Amerikaya qazandıracaqlarını anlamaq üçün Alyaskanı xatırlamaqda fayda var

Amerika Birləşmiş Ştatları tarixdə bir neçə dəfə Qrenlandiyanı satın almağa təşəbbüs edib. Bu ideya adanın strateji mövqeyinə görə daim Vaşinqtonda müzakirə mövzusu olsa da, satın alma əməliyyatı baş tutmayıb.

1860-cı illərdə ABŞ-ın Alyaskanı Rusiyadan alması (1867) ərəfəsində Qrenlandiya da gündəmə gətirilib, lakin bu, daxili müzakirə səviyyəsindən o yana – rəsmi təklifə keçməyib.

1910-cu ildə ABŞ diplomatik şəkildə Qrenlandiyanı əldə etmək üçün torpaq mübadiləsi təklifini irəli sürüb. Əslində, bu, tam da satınalma təklifi deyildi, ərazinin dəyişdirilməsi üçün bir həmlə idi. Ancaq Danimarka tərəfindən bu təklif qəbul görmədi.

1946-cı ildə – II Dünya Müharibəsindən sonra Vaşinqton daha konkret təklifdə bulunur. ABŞ hökuməti Qrenlandiyanı satın almaq üçün 100 milyon dollar məbləğində qızıl təklif edir. Rəsmi təklif də Danimarka tərəfindən rədd edilir.

Bu üç cəhd çox da uzaq olmayan tarixdə ABŞ-ın Qrenlandiyanı satın almaq və ya başqa yollarla nəzarətinə keçirmə istəyinin əsas örnəkləridir. Başqa sözlə, Tramp administrasiyasının Qrenlandiya sevdasını yenidən gündəmə gətirməsi təzə məsələ deyil.

ABŞ-ın Qrenlandiya sevdasının altında yatan səbəb nədir?

Danimarka hər dəfə ABŞ-ın bütün istək və tələbərini rədd etdi. Ancaq Ağ Ev bu dəfə əndazəni aşdı – Amerika hərbi nəzarət yolundan dəm vurmağa başladı. Doğrusu, inanmaq çətindir ki, Arktikanın önəmini, onun gələcək onilliklərin əsas geosiyasi cəbhəsi olacağını yeni-yeni anlamağa başlayıb. Ancaq Ağ Ev nəyi bilməsə də, Arktikaya gedən yolun Yer kürəsinin ən böyük adasından – Qrenlandiyadan “keçdiyini” çox yaxşı bilir. Və anlayır ki, əgər bu və ya başqa şəkildə Qrenlandiyaya hakim olmasa, bunu ya Çin edəcək, ya da Rusiya.

Amerikanınkı da romantik bir eşq hekayəsi deyil, hətta əsas faktorlarla müqayisədə heç bir o qədər iqtisadi də deyil. Məsələ təhlükəsizlik və güc məsələsidir. Qrenlandiya adası Arktikanın mərkəzində yerləşdiyi üçün

 -Şimali Amerika ilə Avropa arasında strateji körpüdür;

- Raket erkən xəbərdarlıq sistemləri üçün idealdır;

- Arktikada artan Rusiya–Çin rəqabətinin kilid nöqtəsidir.

ABŞ üçün Qrenlandiya Arktikaya nəzarət deməkdir. Çünki Çin zatən, Arktikadadır artıq, Rusiya oradakı hərbi gücünü artırır. Bütün bunlar Vaşinqton üçün həyəcan təbilləri deməkdir. Və Trampın Qrenlandiya təzyiqi bəsit bir kapriz, əzələ nümayişi yox, ABŞ-ın strateji maraqlarından qaynaqlanan “vacibiyyətdir”.

Ağ Ev Arktikada özünə yer tapıb mövqelərini gücləndirmək istəyir. Qrenlandiya üzərindən qurur oyunu. Lakin hüquqi reallıq başqa mənzərə cızır.

Birincisi, Qrenlandiya koloniya deyil, Danimarka Krallığının tərkibində muxtar ərazidir və ona 2009-dan sonra öz müqəddəratını təyinetmə hüququ tanınıb.

İkincisi, adanın satışı yalnız Danimarka parlamentinin, Qrenlandiya xalqının referenduma getməsi və beynəlxalq hüququn razılığı ilə mümkündür.

Praktik olaraq satış mümkünsüzdür. Bu səbəbdən də Trampın üslubu diplomatik deyil, birbaşa güc nümayişidir. Venesuela hadisələrindən sonra demək olar ki, onun siyasi gedişləri klassik imperiya modelinə əsaslanır.

Arktika artıq bir buz parçası deyil, enerji, logistika və hərbi üstünlük zonasıdır. Ruslar yarım əsrdən çoxdur ki, elmi ekspedisiya adı altında oraya çoxdan yerləşiblər və ilk fürsətdə də “bura zatən bizimdir” deyəcəklər. Çin isə gec oyansa da, ləng tərpənişini tez bir zamanda kompensasiya etməyə başlayıb.

İqlim dəyişikliyinin təsiri ilə buzlar geri çəkilir, yeni dəniz yolları açılır, milyardlarla barel neft–qaz ehtiyatını əlçatan edir. Bu səbəbdən də Arktikanı XXI əsrin yeni Yaxın Şərqinə bənzətmək olar. ABŞ üçün Arktika milli təhlükəsizlik zonasıdır, Avropaya gedən hərbi yolun açarıdır…

Qrenladiyanın Amerikaya qazandıracaqlarını anlamaq üçün Alyaskanı xatırlamaqda fayda var. ABŞ Prezidenti Endryu Conson (Andrew Johnson, 1808-1885) Alyaskanı Rusiya çarı II Aleksandrdan cəmi 7,2 milyon dollara almışdı.

Rus imperiyası maliyyə və hərbi baxımdan zəifləyir, Krım müharibəsindən (1853–1856) sonra Rusiya Alyaskanı qorumaqda çətinlik çəkirdi. Alyaska Rusiya üçün yükə çevrilirdi.

Prezident Conson zəif və uğursuz lider sayılsa da, onun Vilyam Syuard (William Henry Seward, 1801-1872) kimi nəhəng və uzaqgörən bir dövlət katibi vardı. Alyaskanın satın alınmasının fikir babası və memarı sayılan Syuard bu anlaşma ilə ölkəsinin Arktikaya çıxışı ilə gələcəkdə qlobal gücə çevrilməsində, XXI əsr geopolitikasında müstəsna rol oynadı.

Alyaska alqı-satqısı – “Alaska Purchase” ABŞ üçün uzunmüddətli strateji sərmayə idi. ABŞ Vətəndaş Müharibəsindən (1861–1865) yeni çıxmışdı, daxildə siyasi gərginlik artırdı, amma Syuard kimi strateqlər ABŞ-ın Sakit okean və Arktikanın gələcək resursları baxımından genişlənməsini düşünürdülər.

ABŞ-ın hərbi-strateji mövqeyinin artması və sonradan Alyaskada qızıl, neft, qaz tapıldıqca bu alqı-satqı tarixin ən sərfəli anlaşması oldu. 1867-ci ildə anlaşma imzalananda buna istehza ilə “Seward’s Folly” – “Syuardın axmaqlığı” deyirdilər. Ancaq bu gün o zamankı respublikaçı iqtidarın kiçik bir ticari alqı-satqı kimi görünən bu nəhəng addımı dünyanın indiki şəkillənməsində olduqca böyük rol oynadı.

Bütün bunlar azmış kimi, Alyaska məsələsi indi Qrenlandiya mövzusunun niyə Vaşinqtonda “tarixi presedent” kimi görüldüyünü də açıq izah edir. “Syuardın axmaqlığı”na baxanda bu gün Trampa da belə demək olarmı? Tramp da “axmaqlıq” edir ki?..

Tarix hər şey özü yerbəyer edəcək, ancaq Donald Trampın Putinə yanaşması, Ukrayna müharibəsinə Kreml qülləsindən baxışı, Venesuela hadisələri kimi izaholunmaz addımları insanı ehtiyatlı cümlələr qurmağa vadar edir, amma hələlik. Çünki bir azdan susan insan qalmayacaq, zənnimcə…

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://ayna.az
archiveBu xəbər 15 Yanvar 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri