Icma.az
close
up
RU
“Aztəminatlı Ailələrlə İş” layihəsi çərçivəsində təlimlər uğurla yekunlaşıb FOTOLAR

“Aztəminatlı Ailələrlə İş” layihəsi çərçivəsində təlimlər uğurla yekunlaşıb FOTOLAR

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi”nin maliyyə dəstəyi ilə “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Aztəminatlı Ailələrlə İş” layihəsi çərçivəsində 28 iyul 2025-ci il tarixində Bakı şəhərində son maarifləndirici təlim keçirildi.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, layihənin əsas məqsədi aztəminatlı və həssas qruplardan olan ailələrin hüquqi biliklərinin artırılması, sosial və psixoloji vəziyyətlərinin yaxşılaşdırılması və məşğulluq imkanlarının genişləndirilməsidir.

Təlimlərin sonuncu günü təşkil olunmuş sessiyada hüquqşünas, psixoloq və sosial işçi tərəfindən əhatəli təqdimatlar və interaktiv məşğələlər keçirilmişdir. Təlim zamanı iştirakçılara əmək hüquqları, onların pozulması hallarında müraciət ediləcək qurumlar, hüquqi müdafiə yolları barədə məlumat verilmişdir. Psixoloq və sosial işçi isə sosial və psixoloji çətinliklər, ailədaxili münasibətlərdə gərginlik və zorakılıq hallarının səbəbləri və qarşısının alınması yolları, emosional dayanıqlılığın artırılması və özgüvənin bərpası istiqamətində təlimlər keçmişdir.

Bütün sessiyalar interaktiv şəkildə keçirilmiş, iştirakçılarla birbaşa ünsiyyət qurulmuş, suallar cavablandırılmış, onların konkret problemlərinə dair fərdi məsləhətlər və dəstək göstərilmişdir. Təlimçi hüquqşünas, psixoloq və sosial işçi tərəfindən ailələrin ərizə və rəsmi müraciətlərinin hazırlanmasına, dövlət qurumlarına yönləndirilməsinə də köməklik göstərilmişdir.

Təlimlərin sonunda iştirakçılara layihə çərçivəsində hazırlanmış maarifləndirici kitabçalar və sertifikatlar təqdim edilmiş, tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatmışdır.

Ümumilikdə layihə çərçivəsində keçirilmiş təlimlərdə 30 nəfər aztəminatlı, işsiz və sosial həssas vəziyyətdə olan ailə üzvləri iştirak etmiş, onların bilik və bacarıqları artırılmışdır. Layihənin davamında bu cür tədbirlərin daha geniş auditoriyanı əhatə etməsi planlaşdırılır.

Layihənin icrasında dəstəyə və yaradılmış şəraitə görə Qərbi Azərbaycan İcmasının Nizami rayon üzrə nümayəndəliyinə təşəkkür edirik.

"Cebheinfo.az" 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Avqust 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see186

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see157

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see129

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see126

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see125

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri