Icma.az
close
up
RU
Bacarmalı olduğumuz ən böyük iş Rəvan Cavid yazır

Bacarmalı olduğumuz ən böyük iş Rəvan Cavid yazır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rəvan CAVİD

İmtina. İmtina etmək... İnsan olmaq yaradıcılığınızın təməl probleminə çevriləndə siz ondan (insan olmaqdan) qurtulmaq, ya da yeni insan olmaq (postinsan kimi yox) ehtirasını sinənizə çəkdiyiniz ağır payız havasıyla bərabər, yazı olaraq barmaqlarınızın ucundan çıxarmaq istəyirsiniz. Sonsuz düz xətləri andıran həyatınızı "mətn" adlanan yerdən - nöqtədən qırırsınız. Beləliklə, o nöqtədən geridə qalanlardan qurtulmuş olursunuz, o nöqtədən sonra gələnlərdən imtina etmiş sayılırsınız. İstəmirsiniz. Sizi gözləyəcəklərin sizi xoşbəxt edəcəyi yəqininə inanmaq zamanı aldatmaqdan başqa bir şeyə çevrilməyəndə siz qırdığınız nöqtədən yeni bir xətt çəkir və həyatınızı oradan davam etdirirsiniz. Başqalarına qeyri-müəyyən, sizə müəyyən olan bir dünya absurd dünyadır. Siz o dünyanın içərisindən istənilən qədər sizi xoşbəxt edəcək mətnlər, ya da hadisələr çıxarırsınız. Çünki orada heç nə məntiqə hesablanmayıb. Siz bütün fiqurların yerini dəyişsəniz belə, orada çox gözəl bir incəsənət nümunəsi yaranacaq. Absurd incəsənət. Absurd ədəbiyyat. Absurd kino. Sizin istədiklərinizin baş verdiyi səhnələr.

Bəs imtina ilə absurd arasındakı hansı yaxınlıq var?!

Məsələ, sizin özünüzü absurd dediyimiz həqiqətin içərisinə atarkən bütünlükdə həqiqi olan hər şeydən qopmağınızdır. Sizin olan hər şeyi burada qoyursunuz. Onlar sizə absurdun içərisində lazım olmayacaq. Daha doğrusu, onların dəyəri sıfırlanacaq.

İşinizdən, ailənizdən, çevrənizdən, zamandan, məkandan imtina edib özünüzü yazı masasına bağlayır və sırayla düzülən bütün xatirələri sorğu-suala çəkirsiniz. Heç nə qazanmadan. Sizin qazandıqlarınız axı sizi xoşbəxt etməyə də bilər. Necə ki, Martin İden xoşbəxt ola bilmədi.

Bir gün bir qoca dostumuz evini, ailəsini atıb çantasına Dostoyevskinin "Karamazov qardaşları"nı qoyub dəmiryoluna çıxır və qışın sümüyə işlədiyi bir havada ağır-ağır qar üzərinə addımlarının rəsmini çəkir. Yazdıqlarını, onun olanları geridə qoyub öz tanrısını axtaran qoca bütün malik olduqlarından imtina edir. Bir daha geri qayıtmır. Həyatını öz dinini axtarmağa sərf edən dostum "Etiraflarım"ı yazıb və orada hər şeyin imtina etməkdən başladığını deyib.

Başqa bir dostumuz universiteti atır, atasından, əmisindən qalan pulları kitablara xərcləyir, bir otağa qapanıb, yaşaya bilmədiklərinin qisasını almaq üçün yazmağa başlayır. Zaman keçir və o, imtina etdiyi hər şeyi hədiyyə olaraq geri alır.

Kino çəkmək istəyən başqa bir yaxın dostumuz öz xanımından ayrılır. Və kamyusayağı, anasının vəfatını ağlının içindəkilərə qarışdırmamağı bacarır. Öz ölkəsinin ən yaxşı rejissoruna çevrilir.

Yaradıcılıq imtinadır.

İmtina mədəniyyəti yaradıcılıqdır!

Yaradıcı olmayan adamlar imtina edə bilmir. Nədən keçəcəklərini bilmədikləri üçün. Niyə imtina edəcəklərini anlamadıqları üçün. Bəzi adamlar həyatının düz xəttini qırar. Amma qırılan nöqtədən yeni bir xətt çəkməyi bacarmaz. Uduzar. Bu, imtina deyil. Bu, nihilizmdir. Bizim olan hər şeyi mətnə çevirməkdir imtina.

Adamlardan başlayın. Sizə, yaratmağınıza mane olan adamlardan qopanda bunu bacardığınızın fərqinə varacaqsınız. Sonra lazım gələrsə, məkanlardan, zamandan, sizin olan hər şeydən sakitcə, onları oyatmadan əllərinizi çəkib cibinizə qoyacaqsınız. Həmin günün gecəsi isə yazacağınız mətn sizə əlinizi çəkdiklərinizin hamısını yazı masasında qarşınıza düzəcək. Və siz onlardan istədiyiniz kimi istifadə edəcəksiniz. Bunları mənə qoca yazıçı dostlarım və kino çəkən yaxın bir yoldaşım demişdi.

Bu gün səhər etdikləriniz, axşam edəcəkləriniz nə qədər önəmlidir?! Hansı sizi yolun kənarıyla taxta, içində isti sobası olan, pəncərəsindən xəzana açılan mənzərəli, içi kitab qoxuyan evə aparacaq?! Oraya getmək üçün yola çıxmalısınız. Yükünüz ağır olmamalı. Tez çatasınız deyə. Kor bir kitabxana müdiri kimi səsindən tanımalısınız sizin olan adamları. "Səsi özünə bənzəmir" dediyiniz adamlardan bir addım kənarda dayanıb içinizdəki iniltilərdən itin ipindən tutub gəzən xanım qız kimi yapışıb evinizə - Absurd məhəlləsi, 0 ünvanına dənizin kənarıyla yeriməlisiniz.

İmtina etdikləriniz arasında itirdikləriniz də olacaq. İtirmək dünyanın ən mükəmməl ağrısını yaşadır. Zəncirotu kimi hər şey üzü günəşə tərəf uçur və həyatınızın çəhrayi üfiqində yoxa çıxır. Ancaq onu həmişə görürsünüz. Əliniz çatır. Toxuna bilmirsiniz. Eşidirsiniz. Danışa bilmirsiniz. Bir zaman sizin olan indi sizin qarşınızda yaxınlaşdıqca çata bilməyəcəyiniz ruha dönür. Çarəni yenə öz ağlınızda qurduğunuz hekayələrdə görürsünüz. Absurd. Evdə işıqlar sönür və qaynar xəttə zəng edəndə itirdiyiniz adamın səsini eşidirsiniz. Çevriləndə onu divanda oturan görürsünüz. Bərabər şəkillərə baxanda onun üzü sizə tanış gəlir. O və siz şəkillərə baxıb onun haqqında yad bir adamdan danışırmış kimi danışırsınız. Sonra məlum olur ki, avtomobil qəzasında ölüb. Bu cür yüzlərlə hekayə sizi yavaş-yavaş həyatdan qoparır. Bu hekayələrin içinə girə bilməyənlər, onları olduğu kimi qəbul etməyənlərə həyat çətin olur və əsla xoşbəxt ola bilmirlər.

Paltarın kola ilişəndə keçirdiyin narahatlıq kimi bir hisslə çarpayıdan oyanıb bu gün də Zamza ola bilməmisənsə, deməli, hələ ki həyatın içindəsən. Onu üst-başından çırpa bilməmisən. Əllərindən yuya bilməmisən. Saçlarının dibində ilişib qalıb. Absurd həyat olmur. Absurd düşündüyümüz hadisələr olur. Məsələn, hər kəs fotoalbomdakı şəkillərə baxa bilər. Amma fotoalbomdakı şəkil sizin şəklinizdirsə, öldü deyə ağlayırsınızsa, bu, absurddur. Bir gün belə bir şey olsa, onsuz da siz onun anormal olmadığının fərqində olacaqsınız.

İndicə bir hekayə uydurmaq üçün küçədə gəzmək istəyiniz də vaxt itkisidir. Siz hekayənin içindəsiniz. Küçəyə hekayənin orada baş verən hadisələrini görmək üçün çıxa bilərsiniz. Borxesin hekayələrindəki kimi. Güzgüdə təkcə özünüzü görürsünüzsə, həyatdasınız. Güzgüdə heç nə görmürsünüzsə, mətndəsiniz. Güzgüdə çoxlu adamlar və rəngarəng şarlarla oynayan uşaq görürsünüzsə, həyatın və mətnin xaricindəsiniz və oradan həyatınız üçün də, yazdıqlarınız üçün də xammal götürə bilərsiniz.

Absurd yaşamaq öncə qazanmağın Martin İden misalından, sonra itirməyin Zamza üsulundan və imtina etməyin Tolstoy yolundan ibarət olur. Bütün bunları bilmək və yazmaq o qədər də vacib sayılmaz. Belə olarsa, deməli, absurd deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:294
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Mart 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri