Bacılarım sonuncu dəfə mesaj yazdılar ki... Təyyarə qəzasına düşənlərin yaxını
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qazaxıstanda qəzaya uğrayan AZAL təyyarəsinin yaxınları faciə ilə bağlı BakuTV-yə danışıblar.
“Mən əmimi qarşılamağa gəlmişdim. Hadisədən bir neçə saat sonra bildim ki, o sağdır. Elə bilirdim ölüb. Sağ olduğunu biləndə keçirdiyim hisləri ifadə edə bilmirəm”, – deyə sərnişinlərdən birinin yaxını bildirib.
“İki doğma bacım Bakıdan Qroznıya uçurdular. Birinin qızı, o birinin də oğlu burada yaşayır. Qonaq gəlmişdilər. Sonuncu dəfə təyyarəyə minəndə mesaj yazmışdılar. Sonra bizə dedilər ki, təyyarə Vladiqafqaz, daha sonra Mahaçqala, sonra isə Aktau hava limanına enəcək. Anladıq ki, təyyarədə nə isə problem var”, – qəza qurbanlarının yaxını deyib.
Daha ətraflı süjeti təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 25 Dekabr 2024 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















