Bacımın yasını tutub 3 körpəni taleyin ümidinə buraxa bilməzdim
Axsham.az saytına istinadən Icma.az xəbər verir.
"Xəstəyə baxan özü xəstə düşür. Ruh halın çökür. Özünə belə kimsə lazımdır ki, sənə ruh versin. Çətin prosesdir. İnsanı ölüm böyütmür, düşdüyü vəziyyətdə dirilmək böyüdür, xəstəxana küncləri, ona baxmaq, qarşıdakının ağrı çəkdiyini görmək böyüdür. Ölümə qədər o qədər şeylər olur ki, sən hər gün böyüyürsən".
Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Zülfiyyə Qurbanova "Qapqara" yutub layihəsində deyib. O, qan xərçəngindən əziyyət çəkən bacısından və onun vəfatından danışıb:
"Yas tutmağa macal tapmadım. Məsuliyyətlərim çox idi. Yas tutub 3 körpəni taleyin ümidinə buraxa bilməzdim. İkimiz də subay olsaydıq, övladlar olmasaydı, illərlə yas tutardım. İnsan bunu həyatı boyu tuta bilər. Bütün məişət işlərini görərkən yas saxlayırsan. Həyat qayğısının içindəsən. Bu da normal yas saxlayanlardan daha ağırdır. Sən tam təmizlənmirsən.
Bacımın övladlarının ataları da yanlarındadır. Biz onları ikimiz böyütdük. Bir ananın edə biləcəyi hər şeyi edirəm. Vicdan dünyada tapılmayan bir hissdir. Hər kəsi sevə bilərik, amma gözümüzdən düşə bilər. Bacımın 3 balasını qoruyuram".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 29 İyul 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















