Icma.az
close
up
RU
Bağdat Amreyev: “Türk dünyasının iqtisadi inkişafı beş əsas istiqamətdə gücləndiriləcək”

Bağdat Amreyev: “Türk dünyasının iqtisadi inkişafı beş əsas istiqamətdə gücləndiriləcək”

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türk dünyasının iqtisadi inkişafı beş əsas istiqamətdə gücləndiriləcək.

"Report" xəbər verir ki, Türk İnvestisiya Fondunun (TİF) prezidenti Bağdat Amreyev Bakıda keçirilən “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” tədbirində türk dünyasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əsas prioritet istiqamətləri açıqlayıb.

Onun sözlərinə görə, ilk növbədə, ticarət və investisiya sahəsində maneələrin aradan qaldırılması vacibdir. "Bununla yanaşı, nəqliyyat və enerji əlaqələrinin gücləndirilməsi, regional təchizat zəncirlərinin genişləndirilməsi, innovasiya və rəqəmsal transformasiyanın təşviqi, eləcə də maliyyə əməkdaşlığının gücləndirilməsi və birgə maliyyələşdirmə mexanizmlərinin inkişafı prioritetlər sırasındadır".

B. Amreyev vurğulayıb ki, Türk İnvestisiya Fondu və onun törəmə təşkilatı olan TCCI-nin gənc tarixində ilk Anlaşma Memorandumu imzalanır.

Bu hadisəni yüksək qiymətləndirən TİF rəhbəri qeyd edib ki, bu, sadəcə bir imzalama mərasimi deyil, həm də türk dünyasının biznes icması üçün əlamətdar gündür: “Türk Dünyası Baxışı 2040” çərçivəsində türk ölkələri arasında kapitalın, insanların, malların və xidmətlərin sərbəst hərəkətini təmin edəcək vahid iqtisadi məkanın yaradılması hədəflənir. Türk dünyası strateji iqtisadi dəhlizə çevrilir və indi bu vizyonu gerçəkləşdirməyin vaxtıdır. Biz taleyimizi formalaşdıracaq uzun bir yolun başlanğıcındayıq və bu inkişafın əsas aparıcı qüvvəsi biznes icması olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://report.az
archiveBu xəbər 14 Fevral 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri