Icma.az
close
up
RU
Bahar Tovuz şəhər stadionuna apreldə gəldi!

Bahar Tovuz şəhər stadionuna apreldə gəldi!

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Beləliklə, “Turan Tovuz” uzun müddətdən sonra ev oyununu sözün əsl mənasında “doğma divarlar” arasında, minlərlə azarkeşinin gözü önündə keçirdi. Komanda bu idman qurğusunda sonuncu dəfə 15-ci tur matçını keçirmiş, dekabrın 15-nə təsadüf edən görüşdə “Sabah”a uduzmuşdu. İndi vəziyyət dəyişib. “Bozqurd” 3-cü pillədədi və ən yaxın izləyicisi “Zirə”dən nə az, nə çox - 8 xal öndədi. Odu ki, 5000-ə yaxın tovuzlunun böyük həvəslə tribunada yer alması, ümidlə, sevinclə komandanı qələbəyə səsləməsi sürpriz olmadı. Kurban Berdıyev demişkən, ot örtüyünün vəziyyəti çox yaxşı idi. Kaş həmişə belə qala. Hər halda, klub qazona lazımi qulluğu edəcək ki, bir də xoşagəlməz hallar olmasın.

Bəli, Tovuzda bu dəfə də komanda ilə azarkeşin möhtəşəm işbirliyinin şahidi olduq. O başqa məsələ ki, həm oyunda, həm də oyundan sonra bəzi tərəfdarların komandanın zəif oyun sərgilədiyini dediyini eşitdik. Tam haqlıdılar! “Bozqurd” hələ də baxımlı hücumlar qurmaqda çətinlik çəkir, bu yöndə intensivlik yoxdu və ən əsası hesabda öndə olmaq rəqibdən çox kollektivin özünün əleyhinə işləyir. Başqa sözlə, arxayınlıq yaranır ki, daha yüksək keyfiyyətlərə malik rəqiblərin bundan yararlanması heç də çətin olmur.
Sözümün canı odu ki, “Sumqayıt” kimi yarımcan komanda əvəzinə daha istəkli rəqib olsaydı, hadisələr tovuzluların arzulamadığı yöndə cərəyan edə bilərdi. Yenə də “qaliblər mühakimə olunmur” prinsipinə sadiq qalıb, məsələni çox qabartmayaraq. Buna vaxt olacaq. İndi nəzərinizə çatdırmaq istədiyim əsas məqamlardan biri də “Sumqayıt”ın əsas fanklubu “Kimyaçılar”ın Tovuza gəlməməsidi. Görünür, “gənclik şəhəri” təmsilçisinin avrokuboklardan əlini üzməsi sadiq azarkeş qrupunu küsdürüb. Bəlkə də futbolçuların oyundan sonra meydanı başıaşağı, boynubükük tərk etmələrinə canlı şahidlik etmək istəməyiblər. Yenə də qonaqlar səfərdə tək deyildi. “Komando” fanklubu 15 nəfərlə tribunada yer almışdı. “Ultras Turan” isə elə həminkidi. Minlərlə tərəfdar dəfələrlə birağızdan komandanı ruhlandıracaq ifadələr səsləndirdi, necə deyərlər, varlığını hiss etdirdi. Hələ Kamranbəy Rəhimovun final fitini səsləndirdikdən sonra yaşananları demirik. Şən mahnılar, qol-qanad açıb oynayan, bir-birini öpən, bağrına basan, təbrik edən tovuzlular və daha nələr, nələr...
Tovuzda uşaqdan-böyüyə hər kəs futbolu sevir, “Turan Tovuz”la nəfəs alır. Hə, son və əsas məsələ: Ehtiram Quliyevin kefi kök, damağı çağdı. Onu nə yanlış hakim qərarları ruhdan salıb, nə də AFFA-nın cərimə və sanksiyaları...
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Aprel 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri