Icma.az
close
up
RU
ADNSU ilə Latviyanın ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib AZƏRTAC

ADNSU ilə Latviyanın ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 2 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi Vazeh Əskərovun başçılıq etdiyi nümayəndə heyəti Latviyada səfərdə olub. Səfər çərçivəsində Azərbaycanın Latviyadakı səfirliyinin dəstəyi ilə Latviyanın aparıcı ali təhsil ocaqları sayılan Riqa Texniki Universiteti, Latviya Universiteti, Latviya Həyat Elmləri və Texnologiyaları Universiteti və Nəqliyyat və Telekommunikasiya İnstitutunda görüşlər keçirilib, dəyirmi masa təşkil olunub, habelə yeni yanaşmalar və qabaqcıl texnologiyaları tətbiq edən yerli müəssisələr ziyarət edilib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Latviyadakı səfirliyindən məlumat verilib.

Keçirilən görüşlərdə ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları geniş müzakirə olunub və bir sıra vacib istiqamətlərdə birgə fəaliyyətə maraq ifadə edilib. Görüşlər zamanı ADNSU-nun təcrübəsi və həyata keçirilən layihələrinə dair ətraflı təqdimatlar edilib, həmçinin tələbələr, müəllimlər və tədqiqatçılar arasında mobillik mübadilə proqramlarının yaradılması məqsədilə akademik əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bundan əlavə, qlobal çağırışların həllinə yönəlmiş birgə tədqiqat platformasının qurulması təklif olunub. ADNSU-nun nümayəndə heyəti universitetlərin laboratoriyaları, tədris mərkəzləri və maddi-texniki bazası ilə yaxından tanış olub.

Latviya Universitetində keçirilən iqlim fəaliyyəti və yaşıl enerji mövzusunda dəyirmi masada Azərbaycanın sədrliyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda uğurla keçirildiyi və iqlim dəyişikliyi ilə mübarizə məqsədilə mühüm qərarların qəbul edildiyi vurğulanıb.

Səfər zamanı nümayəndə heyəti Riqa şəhərində keçirilən və 20 ölkədən olmaqla, 250-dən çox şirkətin qatıldığı “Tech Industry 2024” beynəlxalq sənaye sərgisini də ziyarət edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Dekabr 2024 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see243

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see197

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see191

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see175

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see175

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see167

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see150

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see145

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see133

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see127

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see127

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see125

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see123

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri