Icma.az
close
up
RU
Bakı Astara qatarı nə vaxt açılacaq? Deputatdan TƏKLİF

Bakı Astara qatarı nə vaxt açılacaq? Deputatdan TƏKLİF

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hazırda Bakı-Gəncə, Bakı-Ağstafa və Bakı-Balakən qatarları fəaliyyət göstərir. Bakı-Astara qatarı mövcud olsa da, fəaliyyət göstərmir. 

Bəs cənub istiqamətinə də qatarların fəaliyyətinin bərpası istiqamətində addımlar atılacaqmı?

Modern.az-a açıqlamasında Milli Məclisin Lənkərandan olan deputatı Fariz İsmayılzadə bildirib ki, bu məsələyə regional layihələr çərçivəsində baxılmalıdır:

"Regionumuzda çox böyük nəqliyyat dəhlizləri inkişaf edir. O cümlədən Şimal-Cənub dəhlizi inkişaf etdirilir. Burada Rusiyanın, Azərbaycanın, həm də İranın iştirakı var. Hökumətlərimiz artıq bu layihələr üzrə işləyir. Təbii ki,  layihələr icra olunarsa və İrandan Azərbaycana dəmiryolu bağlantısı olarsa, həm də Cənub zonasının iqtisadi inkişafına töhfə verər. Dəmir yolu nəqliyyatı Cənub zonası ilə sürətlə inkilşaf edər. Bu prizmadan baxsaq, regional layihələrin inkişafı əsas məsələsdir. Cənub bölgəsində qatarın istifadəsi olmalıdır. Lakin nəzərə almaq lazımdır ki, bu istiamətdə sərnişin və kargo daşınmalarının miqyası azdır. Ona görə də buna regional layihələr çərçivəsində baxmalıyıq".

Deputat infrastruktur işlərinin sürətləndirilməsini təklif edib:

"Başqa istiqamətlərdə olduğu kimi, burada da işlərin sürətləndirilməsini təklif etmişəm.  Azərbaycan hökumətinin dəstəyi ilə Bakı-Tbilisi-Qars dəmiryolu sürətlə modernləşdirildi, onun imkanları artırıldı. Belə modernləşdirmə və infrastruktur işləri Cənub istiqamətində də aparılmalıdır. Buna regional kontekstdə baxsaq, regional layihələrin inkişafı Bakı-Astara dəmiryolunun inkişafına gətirə bilər".

Milli Məclisin digər deputatı Aydın Hüseynov isə vurğulayıb ki, sürət qatarları sərnişinlər üşün ən əlverişli nəqaliyyat növüdür:

"Sürət qatarı həm maliyyə, həm təhlükəsizlik, həm də ekoloji baxımdan çox əlverişlidir. Gəncə və Ağstafa istiqamətində qatarlar fəaliyyət göstərir. Balakən istiqamətində sürət qatarı istifadəyə verilib. Cənub  istiqamətində də hesab edirəm ki, sürət qatarlarının istifadəyə verilməsi çox əlverişli olar. Bu, daşınmaya, eləcə də turizmə müsbət töhfəsini verə bilər. Bu baxımdan Cənub istiqamətinə sürət qatarının verilməsi gündəmdə ola bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Mart 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see322

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see309

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see306

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see301

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see297

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see264

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see261

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see225

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see219

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see199

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see197

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see197

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see178

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see156

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see155

Hülya Avşardan Erkan Petekkayaya CAVAB: Kədərlənmə, çox əyləndim

13 Oktyabr 2026 17:18see155

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri