Icma.az
close
up
RU
Bakı Bələdiyyə Teatrının səhnələşdirdiyi “Ötən günlər” tamaşasının premyerası olub

Bakı Bələdiyyə Teatrının səhnələşdirdiyi “Ötən günlər” tamaşasının premyerası olub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 30 aprel, AZƏRTAC

Bakı Bələdiyyə Teatrının Özbəkistan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq Abdulla Qədirinin “Ötən günlər” romanı əsasında səhnələşdirdiyi eyniadlı tamaşasının premyerası keçirilib.

Teatrının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanovun təklifi əsasında hazırlanan “Ötən günlər” tamaşası Azərbaycan və Özbəkistan respublikaları arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub.

Akademik Milli Dram Teatrının səhnəsində keçirilən premyerada Azərbaycanın tanınmış elm və mədəniyyət xadimləri ilə yanaşı, Özbəkistanın Xalq şairi Usmon Əzim, Özbəkistanın Xalq artisti, Əlişir Nəvai adına Dövlət Akademik Teatrının direktoru Ramiz Usmanov və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğurundan həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Azərbaycan ilə Özbəkistan arasında diplomatik əlaqələrindən danışıb. Hər iki ölkənin dövlət başçılarının nümayiş etdirdikləri qardaşlıq nümunəsinin ölkəmizdə ənənəvi dostluq, etimad və qarşılıqlı anlaşma münasibətlərinə dayandığını bildirib.

Özbəkistanın Xalq şairi, Yazıçılar İttifaqının Dram üzrə Yaradıcılıq Şurasının sədri Usmon Əzim, eləcə də Özbəkistandan gələn digər qonaqların hər biri iki ölkə arasında olan münasibətlərdən, Bakı Bələdiyyə Teatrının müraciət etdiyi əsərdə baş verən hadisələrin öz aktuallığını hələ də qoruyub saxlamasını xüsusilə vurğuladılar.

Sonra səhnə əsəri təqdim olunub.

Eyniadlı romanın motivləri əsasında hazırlanan pyesin müəllifi yazıçı, tərcüməçi Kənan Hacı, tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur.

Tamaşada rolları Bakı Bələdiyyə Teatrının aktyorları canlandırıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see457

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see183

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see143

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see141

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see141

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri