Icma.az
close
up
RU
Bakı bu vəzifəni Moskva və Tehrandan alır: Erməniləri həyəcanlandıran yenilik

Bakı bu vəzifəni Moskva və Tehrandan alır: Erməniləri həyəcanlandıran yenilik

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının “benzin diplomatiyası” Cənubi Qafqazda uzun illərdir davam edən qarşıdurmanın yeni mərhələyə keçid ehtimalını gündəmə gətirib. Azərbaycan tərəfinin Ermənistana yanacaq daşıyan eşelon göndərməsi təkcə iqtisadi addım deyil, eyni zamanda siyasi mesaj kimi də qiymətləndirilir. Ermənistanın Baş naziri Nikol Paşinyan bu addımı açıq şəkildə alqışlayaraq regionda əməkdaşlıq imkanlarının genişlənə biləcəyinə işarə edib.

Lakin rəsmi İrəvanın müsbət reaksiyası fonunda erməni cəmiyyətinin bu məsələyə münasibəti birmənalı deyil. İllərlə formalaşdırılmış düşmən obrazı, revanşist ritorika və daxili siyasi qütbləşmə fonunda Azərbaycanla bu tip humanitar-iqtisadi təmasların cəmiyyət tərəfindən necə qəbul ediləcəyi əsas suallardan biri olaraq qalır. Bir tərəfdə bu addımı sülhə aparan rasional gediş kimi dəyərləndirənlər, digər tərəfdə isə “təhlükəli güzəşt” hesab edən qüvvələr mövcuddur.

Bakının benzin diplomatiyası doğrudanmı təxminən iki əsrlik münaqişənin yumşalmasına, qarşılıqlı etimadın formalaşmasına töhfə verə bilər? Paşinyanın siyasi iradəsi erməni ictimai şüurunda real dəyişiklik yarada biləcəkmi, yoxsa bu addım yalnız taktiki gediş olaraq qalacaq? Enerji üzərindən qurulan bu təmas modeli regionda dayanıqlı sülh üçün real zəmin yarada bilərmi?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Azərbaycanın ardıcıl şəkildə atdığı addımlar həm Ermənistanla sülh quruculuğu prosesində irəliləyiş yaradır, həm də Cənubi Qafqazda daha təhlükəsiz mühitin formalaşmasına xidmət edir və gələcəkdə üçtərəfli münasibətlərin qurulmasına zəmin yarada bilər:

Azərbaycan Ermənistanın tətbiq etdiyi tranzit məhdudiyyətlərinin aradan qaldırılması istiqamətində addım ataraq ölkə ərazisindən Ermənistan istiqamətində yüklərin daşınmasına şərait yaratdı. Bu, tərəflər arasında münasibətlərin normallaşması baxımından mühüm addımdır. Digər tərəfdən, Azərbaycanın Ermənistana enerji daşıyıcısı olan benzin və neft məhsulları göndərməsi həm münasibətlərin normallaşmasına, həm də İrəvanın maraqlarına uyğun strateji gedişdir. Bu addım Ermənistanın Rusiya və İrandan enerji asılılığını azaltmaq baxımından da önəmlidir.


Oqtay Qasımov

Bütün bunlar Cənubi Qafqazda sülh üçün vacib addımlar sırasındadır. Sözügedən məsələni birdəfəlik həll kimi qiymətləndirmək olmaz, lakin təxminən 200 illik gərginliyin aradan qaldırılması istiqamətində mühüm mərhələdir. Hesab edirəm ki, erməni cəmiyyəti zamanla bu addımların əhəmiyyətini daha yaxşı anlayacaq və normallaşma prosesi tədricən intensivləşəcək.”

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Dekabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see241

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see238

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see232

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see199

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see192

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see185

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see173

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see170

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see170

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see167

m10 və bir sıra ödəniş sistemlərində PROBLEM YARANDI

04 Fevral 2026 11:01see166

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see165

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see163

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see159

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see157

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see156

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see153

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see153

Paytaxtın hansı küçələrində sıxlıq var?

04 Fevral 2026 18:40see152

Onu baş nazir seçsəniz, sanksiyalar olacaq ABŞ dən xəbərdarlıq

04 Fevral 2026 09:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri