Icma.az
close
up
RU
Bakı Dövlət Universitetinin Qazax filialında “Bölgənin arxeoloji irsi” mövzusunda elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında “Bölgənin arxeoloji irsi” mövzusunda elmi seminar keçirilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qazax, 24 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Bakı Dövlət Universitetinin Qazax filialının, AMEA Arxeologiya və Antropologiya İnstitutunun və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə “Bölgənin arxeoloji irsi” mövzusunda elmi seminar təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminarın keçirilməsində əsas məqsəd bölgəmizin, o cümlədən "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən arxeoloji abidələrin elmi əsaslarla öyrənilməsi, qorunması və əldə olunan nəticələrin cəmiyyətə düzgün şəkildə təqdim olunması olub.

Qeyd edək ki, son illər bölgəmizdə, xüsusilə "Keşikçidağ"Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən arxeoloji abidələrdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi dəstəyi ilə tədqiqat və arxeoloji qazıntı işləri geniş vüsət alıb. Qoruq ərazisində yerləşən Keşikçidağ Kurqanlar Vadisində aparılan arxeoloji qazıntılara alim və tədqiqatçılarla yanaşı, bölgənin nüfuzlu ali təhsil müəssisələrindən olan Bakı Dövlət Universitetinin Qazax filialının müəllim və tələbələri də cəlb olunub, tələbələr üçün ustad dərsləri təşkil edilib. Bu dərslər gənc tədqiqatçılar üçün səmərəli elmi platforma olmaqla yanaşı, bölgənin arxeoloji irsinin qorunaraq gələcək nəsillərə ötürülməsinin vacibliyini bir daha ön plana çıxarıb.

Əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədilə təşkil olunan elmi seminarda bölgəmizin tarixi abidələrinin tədqiqi, mədəni irsimizin öyrənilməsi və elmi nəticələrin tətbiqi məsələləri geniş müzakirə olunub.

Elmi seminarda Bakı Dövlət Universitetinin Qazax filialının tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov, Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Şamil Nəcəfov, aparıcı elmi işçi, arxeoloq Lola Hüseynova, institutun əməkdaşı, antropoloq Ülkər Allahverdiyeva, BDU-nun Qazax filialının əməkdaşı, “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru, pedaqogika üzrə fəlsəfə doktoru Səadət Əliyeva, filialın baş müəllimi, əməkdar müəllim İndira Səmədova və müstəqil tədqiqatçı Faiq Nəsibov çıxış ediblər.

Çıxışlarda bölgədə, xüsusilə Keşikçidağ mağaralar kompleksi ərazisində yerləşən arxeoloji abidələr, burada aparılmış elmi tədqiqat və arxeoloji qazıntı işləri, əldə olunan mühüm elmi nəticələr barədə ətraflı məlumat verilib, bu irsin qorunmasının elmi və ictimai əhəmiyyəti vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri