Bakı Dövlət Universitetinin şərəfli tarixi ilə bağlı daha bir elmi sənəd aşkar edilib
Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.
O taylı, bu taylı bütün dünya azərbaycanlılarının, xalqımızın elm və mədəniyyətinin beşiyi, Şərqdə ilk müstəqil Azərbaycan Demokratik Cümhuriyyətini quranların özlərindən sonra gələcəyimizə, inkişafımıza, tərəqqimizə yadigar qoyduqları, 100 minlərlə tələbənin milli, vətənpərvərlik ruhunda tərbiyə olunmasına əvəzsiz töhfələr verən, dünya şöhrətli alimlər yetişdirən Bakı Dövlət Universitetinin şərəfli tarixi ilə bağlı yeni faktlar üzə çıxmaqda davam edir. Bu baxımdan tarixçilər Nazim Xəlilov və Elnur Nəciyevin Bakı Dövlət Universitetinin, bu müqəddəs elm məbədinin uzaq və yaxın tarixi ilə bağlı araşdırmaları diqqəti cəlb edir. Bu yaxınlarda Nazim Xəlilov və Elnur Nəciyevin araşdırmaları nəticəsində Bakı Dövlət Universitetinin müstəqilliyimizin əldə edilməsində oynadığı özünəməxsus rolunu sübut edən daha bir sənəd aşkar edilib.
Tarixçilərin araşdırmalarına görə, ötən əsrin 80-ci illərinin sonlarında müstəqillik uğrunda başladılan xalq hərəkatının aparıcı qüvvələrindən olan və həmin dövrdə görkəmli tarixçi alim Yaqub Mahmudovun dekan olduğu Tarix fakültəsinin tələbələrinin apardıqları cəsarətli mübarizələri cəllad S.M. Kirovun adını daşıyan Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universiteti”nin tarixi adının bərpa olunmasında önəmli rol oynayıb.
"1989‐cu ildə görkəmli tarixçi alim Yaqub Mahmudovun dekan olduğu Tarix fakültəsinin Elmi Şurası onun sədrliyi ilə “S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universiteti”nin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qəbul etdiyi qərar müvafiq qurumları hərəkətə keçməyə məcbur etdi",- deyə tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev qeyd ediblər..
Məhz bu qərardan sonra hərəkətə keçən Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin 107 yaşlı Bakı Dövlət Universitetinin (BDU) tarixi adını bərpa etdiyini xüsusi vurğulayan araşdırmaçı tarixçilər bununla bağlı maraqlı və tariximiz üçün önəm daşıyan daha bir sənədi üzə çıxararaq elmi ictimaiyyətimizə təqdim ediblər.
“Sovet İmperiyasının dağılması ərəfəsində - 19 fevral 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti BDU ilə bağlı fərman verdi. Fərmanda deyilirdi: “Azərbaycan Dövlət Universitetinə S.M.Kirovun adının verilməsi haqqında” Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1939-cu il 16 aprel tarixli fərmanı qüvvəsini itirmiş hesab edilsin”.
Bu fərman BDU-nun o vaxtkı rektoru Mirabbas Qasımovun 1990-cı il 23 fevral tarixli 9 saylı əmri ilə elan edildi. BDU-nun tarixi ilə bağlı bu sənədin fotosunu “Bakı Dövlət Universitetinin tarixi” adlı kitabdan (müəlliflər: Ziyad Əmrahov və Samir İsmayılov) götürmüşük (səh. 293)”, - deyə tarixçilər bildiriblər.
Beləliklə, tarixçilər Nazim Xəlilov və Elnur Nəciyevin araşdırmaları nəticəsində dünya şöhrətli elm fədailəri yetişdirən, azadlıq, müstəqillik mücahidləri ordusunun formalaşmasına şərəfli bir töhfə verən Bakı Dövlət Universitetinin şanlı tarixinə aid daha bir elmi sənəd üzə çıxarılb. Ona görə də tarixçilər Nazim Xəlilov və Elnur Nəciyevə uğurlar arzulayır, onlara yorulmaq bilmədən apardıqları araşdırmalara görə təşəkkürlər edirik.
Əziz MUSTAFA, Azərbaycan Jurnalistlər Birlyinin üzvü
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 19 İyul 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















