Icma.az
close
up
RU
Bakı Fotoqrafiya Evində əcnəbi tələbə və məzunların fotoəsərləri nümayiş olunub

Bakı Fotoqrafiya Evində əcnəbi tələbə və məzunların fotoəsərləri nümayiş olunub

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 24-də Bakı Fotoqrafiya Evində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əcnəbi tələbə və məzunlarının fotoəsərlərindən ibarət “Mən Burdayam\İ am Here” sərgisi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Fotoqraflar Birliyi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirilən sərgidə təqdim olunan 30 fotoşəkil ADMİU-nun əcnəbi tələbələrinin Bakı, Gəncə, Quba, Şuşa və digər şəhərlərə səyahətlərinin kiçik hekayələridir. Vətənimizin möhtəşəm mənzərələri, tarixi-mədəni abidələri, gündəlik həyatını əks etdirməklə yanaşı, tələbə və məzunlar fotolar vasitəsilə təəssüratlarını, münasibətlərini də bölüşürlər. Sərginin məqsədi tələbələrin mədəni inteqrasiyaya yönəlməsi, yeni mühitdə özlərini rahat, doğma hiss etməsi, universitet və şəhər həyatının ayrılmaz bir hissəsi olduqlarının vurğulanmasıdır. Bu təşəbbüs onlar üçün özlərini, dünyagörüşlərini və gözləntilərini, həmçinin perspektivlərini səsləndirmək baxımından unikal şansdır.

Sərgidə Türkiyə, Özbəkistan, Pakistan və Perudan olan tələbələrin əsərləri nümayiş edirilir. Ümimi konseptlə yanaşı, iştrakçıların hər biri mövzuya dair fərdi yanaşmasını formalaşdırıb və fotonun vizual dili vasitəsilə təqdim edib.

Asude Yılmaz Mehmet (Turkiyə, Teatr sənəti fakültəsi, bakalavr, 1-ci tədris ili) Bakı və Gəncənin müasir memarlıq və heykəltaraşlıq abidələrini, şəhərin gecə işiqlarını vurğulayır və onları sakit təbiət mənzərələri ilə qarşılaşdırır.

Ayzada Seytibaeva (Özbəkistan, Rəssamlıq fakültəsi, magistrant, 1-ci tədris ili) geyim dizaynı sahəsində çalışır, aktiv tərzdə sərgilərdə iştirak edir. Ayzada fotolarda Qarabağla bağlı xatirələrini bölüşür.

Wasif Bilguis Ahmedin (Pakistan, Audio-vizual sənətlər fakültəsi, magistrant, 1-ci tədris ili) Bakıya və xüsusilə onun qədim hissəsinə, İçərişəhərə, abidələrin detallarına, rəng və teksturalarına marağı epik yanaşma kontekstində əks olunur.

Fatima Florena Flores Vivar (Peru, Kulturologiya fakültəsi, magistrant) məzun olsa da, ADMİU ilə daim əlaqədədir. Təqdim etdiyi konsept Azərbaycanda müşahidə etdiyi tolerantlıq mühitindən ilhamlanaraq yaranıb. İçərişəhərin Gileyli məscidi və Bakı Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində çəkdiyi fotolarda bədii həll, maraqlı rakurslar, işıq-kölqə effektləri dərin fəlsəfi yanaşmanı əks edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see257

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see198

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see141

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see141

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see140

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri