Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Bakı Kiyev dialoqu ikitərəfli formatda müstəqil siyasət nümunəsidir

Bakı Kiyev dialoqu ikitərəfli formatda müstəqil siyasət nümunəsidir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri Azərbaycan– Ukrayna münasibətlərinin inkişafında yeni mərhələ olmaqla yanaşı, Cənub–Şərqi Avropa və Cənubi Qafqaz məkanında diplomatik balansın möhkəmlənməsi və strateji əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm siyasi əhəmiyyət daşıyır.

Kiyev Mərkəzi Dəmiryol Vağzalında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa tərəfindən qarşılanan Azərbaycan diplomatik nümayəndə heyətinin təmasları regional təhlükəsizlik arxitekturasının transformasiyası fonunda baş tutub. İki dövlətin xarici siyasət idarələrinin rəhbərləri arasında reallaşan geniştərkibli danışıqlar ikitərəfli münasibətlərin institusional əsaslarını möhkəmləndirməyə yönəlib. Qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi Bakı və Kiyevin strateji dialoqu davam etdirmək əzmində olduğunu nümayiş etdirir.

Azərbaycanla Ukrayna arasında mövcud olan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qarşılıqlı hörmət, eləcə də milli maraqların nəzərə alınması prinsipi üzərində bərqərar olub. Ali və yüksək səviyyədə əldə olunmuş əvvəlki razılaşmaların icra vəziyyətinin nəzərdən keçirilməsi iki ölkənin dövlətlərarası öhdəliklərə sadaqətini sübuta yetirir. Dövlət başçıları səviyyəsində müəyyənləşdirilən strateji xətt ikitərəfli əlaqələrin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və humanitar platformalarda inkişafını şərtləndirir. Qlobal geosiyasi təlatümlər dövründə xarici siyasət prioritetlərinin uzlaşdırılması regional təhdidlərin neytrallaşdırılmasına töhfə verir.

***

Qara dəniz hövzəsində təhlükəsizlik məsələləri və dəniz nəqliyyatı kommunikasiyalarının mühafizəsi danışıqlar masasında xüsusi yer tutub. Mətbuat konfransı zamanı Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Qara dənizdə Azərbaycan vətəndaşlarının həlak olması ilə əlaqədar dərin kədər hissi keçirdiyini ifadə edib. Ukraynalı nazir həlak olan şəxslərin ailələrinə və yaxınlarına dərin başsağlığı verərək, xəsarət alanların tezliklə sağalmasını arzulayıb. Qara dəniz regionunda baş verən hərbi-siyasi proseslər naviqasiya təhlükəsizliyinin və mülki şəxslərin mühafizəsinin nə qədər mühüm olduğunu göstərir. Bakı və Kiyev dəniz nəqliyyatı dəhlizlərinin təhlükəsizliyinin təmin edilməsi və regional risklərin azaldılması istiqamətində beynəlxalq səylərin uyğunlaşdırılmasının vacibliyini vurğulayırlar. Mülki naviqasiyanın qorunması Avrasiya nəqliyyat şəbəkəsinin fasiləsiz işləməsi üçün həyati əhəmiyyət daşıyır.

Cənubi Qafqaz və Şərqi Avropa regionlarının təhlükəsizlik arxitekturası bir-biri ilə sıx əlaqəlidir və hər iki məkan geosiyasi proseslərin qarşılıqlı təsiri altında formalaşan ortaq təhlükəsizlik mühitinin tərkib hissəsidir. Azərbaycan müstəqil, çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası vasitəsilə beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirir. Azərbaycanın xarici siyasət kursu suveren hüquqların müdafiəsinə, regional sabitliyin qorunmasına və qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına əsaslanır. Kiyevə reallaşan rəsmi səfər Azərbaycanın regional proseslərdə konstruktiv rol oynamaq, beynəlxalq hüquq prinsiplərinə sədaqət nümayiş etdirmək və müttəfiqlik münasibətlərini dərinləşdirmək iradəsini təsdiqləyir. Tərəflər arasında aparılan yüksək səviyyəli dialoq ikitərəfli əməkdaşlığın gələcək inkişaf trayektoriyasını müəyyənləşdirir.

Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq Bakı və Kiyev arasındakı danışıqların mərkəzi prioritetini təşkil edir. Azərbaycan hazırda qlobal enerji bazarında etibarlı və strateji xammal tədarükçüsü mövqeyini ardıcıl şəkildə möhkəmləndirir. Ölkəmiz dünyada 16 ölkəyə, o cümlədən 10-u Avropa İttifaqının üzvü olmaqla ümumilikdə 12 Avropa dövlətinə təbii qaz ixrac edir. Xarici işlər naziri Ceyhun Bayramovun bəyanatında vurğulandığı kimi, zərurət yaranacağı təqdirdə dost Ukraynaya da təbii qaz tədarükünün həyata keçirilməsi mümkündür. Təbii qaz ixracatının coğrafiyasının genişləndirilməsi Avropanın enerji təhlükəsizliyi arxitekturasında Azərbaycanın rolunu daha da artırır. Ukraynanın yeraltı qaz anbarlarının imkanlarından istifadə olunması və regional diversifikasiya layihələrinin müzakirəsi iki ölkənin enerji strategiyalarının uzlaşdırılmasını təmin edir.

İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT və digər regional platformalarda qarşılıqlı dəstək təcrübəsi davam etdirilir. Beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusən suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqlik iki dövlətin xarici siyasət fəlsəfəsinin təməl daşıdır. Məhz anılan prinsiplərə əsaslanan diplomatiya regional böhranların aradan qaldırılmasında və ədalətli nizamın bərqərar olunmasında həlledici rol oynayır.

İqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi Azərbaycan-Ukrayna münasibətlərinin praktiki müstəvidə inkişafını təmin edən vacib amillərdən sayılır. Cari dövrdə iki ölkə arasında ticarət dövriyyəsi 600 milyon ABŞ dolları səviyyəsinə çatıb. Ukrayna tərəfi ticarət həcmlərinin müharibədən əvvəlki dövrün göstəricisinə, yəni 922,4 milyon ABŞ dolları səviyyəsinə çatdırılmasında maraqlı olduğunu bəyan edir. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycan şirkətlərinin investisiyalarını yüksək qiymətləndirərək, ortaq layihələrin sayının artırılmasının vacibliyini diqqətə çatdırıb.

Humanitar sahədə həyata keçirilən layihələr Azərbaycan dövlətinin Ukrayna xalqına göstərdiyi ardıcıl dəstəyin parlaq təzahürüdür. Səfər proqramı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrpen şəhərinə gedərək reallaşdırılan bərpa işləri ilə tanış olub. Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın abidəsi ziyarət olunub. Azərbaycan hökumətinin dəstəyi və SOCAR şirkətinin maliyyə yardımı ilə bərpa edilmiş İrpen Şəhər Mərkəzi Poliklinikasının fəaliyyəti yenidən təmin olunub.

Sonda demək yerinə düşər ki, Ceyhun Bayramovun Kiyevə səfəri Azərbaycanın regional güc mərkəzləri ilə münasibətlərində strateji muxtariyyətini qoruyub saxlayan və çoxşaxəli xarici siyasət kursunu ardıcıl şəkildə davam etdirdiyini nümayiş etdirən mühüm diplomatik addımdır. Azərbaycan xarici siyasətində heç bir blokun təsiri altına düşmədən milli maraqları ali tutan müstəqil xətt yürüdür. Ukrayna ilə münasibətlərin inkişafı regional nəqliyyat və logistika dəhlizlərinin, o cümlədən Qara dəniz-Xəzər dənizi marşrutunun işləkliyini artırır.

Nəqliyyat infrastrukturu və logistika imkanlarının müştərək qiymətləndirilməsi Mərkəzi Asiya, Qafqaz və Avropa arasında tranzit yükdaşımalarının həcmini çoxalmağa xidmət edir. Tranzit imkanlarının əlaqələndirilməsi regional iqtisadi inteqrasiyanı sürətləndirir.

Yusif ŞƏRİFZADƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Avqust 2026 01:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see363

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see351

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see351

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see335

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see326

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see321

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see277

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see262

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see257

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see246

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see239

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see234

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see233

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see231

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see224

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see218

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see214

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see205

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri