Icma.az
close
up
RU
Bakı Kiyev xəttində siyasi etimadın dərinləşməsi

Bakı Kiyev xəttində siyasi etimadın dərinləşməsi

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Beynəlxalq münasibətlər sistemində ikitərəfli əlaqələrin dəyəri təkcə imzalanmış sənədlərlə deyil, liderlər arasında formalaşan siyasi etimadın səviyyəsi ilə ölçülür. Prezident Volodimir Zelenskinin Azərbaycana səfəri zamanı verilən mesajlar məhz bu baxımdan Azərbaycan-Ukrayna münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir. Bu səfər protokol xarakterli diplomatik hadisə deyil, strateji tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm siyasi məzmun daşıyan hadisə kimi diqqət çəkir.

Son dörd ildə dövlət başçıları səviyyəsində yeddi görüşün keçirilməsi təsadüfi statistika deyil. Bu dinamika göstərir ki, Bakı ilə Kiyev arasında münasibətlər epizodik deyil, ardıcıl siyasi xətt üzərində qurulub. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu təmaslar yalnız beynəlxalq platformalarda təsadüfi görüşlərdən ibarət olmayıb, ikitərəfli gündəliyin inkişafına yönəlmiş sistemli dialoq xarakteri daşıyıb. Xüsusilə 2022-ci ildə Kiyevə səfərin xatırladılması münasibətlərin yalnız formal diplomatiya deyil, qarşılıqlı etimada əsaslanan siyasi tərəfdaşlıq olduğunu göstərir.

Bu münasibətlərin əsas dayağı isə şübhəsiz strateji sənədlərdir. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda imzalanmış sənədlər bu əməkdaşlığın hüquqi-siyasi bazasını formalaşdırıb. Ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsiplərinin bu sənədlərdə əksini tapması xüsusi əhəmiyyət daşıyır. Çünki müasir geosiyasi şəraitdə bu prinsiplər təkcə hüquqi norma deyil, həm də dövlətlərin təhlükəsizlik arxitekturasının əsas sütunlarıdır.

Prezident İlham Əliyevin bəyanatında bu prinsipial xəttin yenidən vurğulanması Azərbaycanın xarici siyasətində ardıcıllığın göstəricisidir. Azərbaycan beynəlxalq münasibətlərdə selektiv yanaşmanı deyil, beynəlxalq hüquqa söykənən mövqeni əsas götürür və Ukrayna ilə münasibətlərdə də bu yanaşma özünü açıq göstərir. Qarşılıqlı şəkildə suverenliyə dəstək verilməsi iki ölkə arasında siyasi etimadı daha da möhkəmləndirən amildir.

Diqqətçəkən məqamlardan biri də siyasi dialoqun institusional mexanizmlərlə dəstəklənməsidir. Xarici İşlər nazirliklərinin məsləhətləşmələrinin, Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsi münasibətlərin yalnız liderlər səviyyəsində deyil, dövlət institutları səviyyəsində də dayanıqlı əsaslara malik olduğunu göstərir. Bu mexanizmlərin növbəti mərhələdə Ukraynada davam etdirilməsi barədə müzakirələr gələcəyə hesablanmış əməkdaşlıq modelindən xəbər verir.

Bu səfərin ən mühüm nəticələrindən biri odur ki, o, Azərbaycan-Ukrayna münasibətlərinin sabit deyil, inkişaf edən model olduğunu bir daha nümayiş etdirdi. Son illərdə intensiv siyasi dialoq, çoxtərəfli dəstək, iqtisadi layihələr və təhlükəsizlik istiqamətində açılan yeni perspektivlər göstərir ki, Bakı-Kiyev xətti regional əməkdaşlıq üçün nümunəvi modelə çevrilir.

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Aprel 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri