Icma.az
close
up
RU
Bakı otellərində boş yer qalmadı COP öncəsi otellərdə qiymətlər rekord səviyyəyə qalxıb

Bakı otellərində boş yer qalmadı COP öncəsi otellərdə qiymətlər rekord səviyyəyə qalxıb

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Məlum olduğu kimi, Tərəflər Konfransı kimi də bilinən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) 11-22 noyabr tarixlərində paytaxt Bakıda keçiriləcək. Tarixində ilk dəfə belə yüksək iştirakçı sayı olan bir proqramın keçiriləcəyi paytaxtda 11 aydır davam edən hazırlıq işləri demək olar ki, yekunlaşıb. Proqnozlara görə, COP tədbirində dünyanın 185 ölkəsindən ümumlikdə 50-60 min nəfər iştirak edəcək.

Müqayisə üçün qeyd etmək yerinə düşər ki, əvvəllər Azərbaycanda keçirilən ən böyük tədbir 8-10 min nəfərin iştirak etdiyi “Avropa Oyunları” idi. Bu o anlama gəlir ki, COP zamanı qarşıda duran əsas və çətin vəzifələrdən biri də ölkəmizə gələn xarici qonaqları otellərdə yerləşdirmək olacaq.

Məlumat üçün qeyd edək ki, artıq tədbirin başlamasına sayılı günlərin qaldığı bir vaxtda paytaxt Bakıda demək olar ki, boş otel otağı qalmayıb. COP29 tədbirində iştirak edəcək qonaqların otel rezervasiyası üçün yaradılan “accommodation.bnetwork” platformasında qeyd olunub ki, hazırda 11-22 noyabr tarixlərində şəhər mərkəzindən 15-20 kilometr məsafəd yerləşən cəmi 10 oteldə boş yerlər mövcuddur. Bu bir ulduzlu otellərdə isə qiymətlər fantastik səviyyədə yüksəkdir.

Həmin otellər və bir gecəlik qonaqlama qiymətləri aşağıdakı kimidir:

– “Atletlər kəndi” – 500 dollar (850 manat), (Minimum 6 gecə);

– “İzmir Premimum otel” – 432 dollar (734 manat), (Minimum 3 gecə);

– “See Breeze” – 400 dollar (680 manat), (Minimum 3 gecə);

– “Reges park” – 350 dollar (595 manat), (Minimum 6 gecə);

– “See Breeze Plaza deluxe” – 320 dollar (544 manat), (Minimum 3 gecə);

– “See Breeze” kotec – 300 dollar (510 manat), (Minimum 3 gecə);

– “City Park” – 249 dollar (432 manat), (Minimum 3 gecə);

– “Şıx istirahət mərkəzi” – 130 dollar (221 manat), (Minimum 3 gecə);

– “Venair comfy” – 130 dollar (221 manat), (Minimum 3 gecə).

Siyahıdan da məlum olduğu kimi, COP tədbirinin keçirildiyi 11-22 noyabr tarixlərində Olimpiya Stadionunun qarşısında yerləşən “Atletlər kəndi”ndə 11 gecə qonaqlayan bir turist bunun üçün 5500 dollar (9354 manat) ödəməlidir. Digər otellərdə də 11 gün üçün aşağı-yuxarı 7-8 min manat arası vəsait tələb olunur. Məsələn, Nəsimi rayonunda, İzmir küçəsində yerləşən “İzmir Premium” oteldə 11 gecəlik qonaqlama 4752 dollar (8081 manat), Nardaranda yerləşən “See Breeze”də isə 4400 dollar (7482 manat) təşkil edir.

“Hotelnewsresource” platformasının araşdırmasına görə, hazırda Bakıdakı otellərin otaq qiymətləri 2024-cü ilin ümumi orta qiymətindən 379% bahadır. Qeyd olunur ki, mərkəzdə yerləşən 3-4-5 ulduzlu otel otaqları aylar öncədən rezerv olunub. Hazırda paytaxt otellərində doluluq nisbəti 92 faizdən artıqdır. Bildirilir ki, konfrans 11 noyabrda başlasa da, dünya liderlərinin sammiti 12-13 noyabr tarixlərini əhatə etdiyindən otellərə əlçatanlığın tarixi minimumu bu ərəfədə müşahidə olunacaq. Məlumata görə, tədbirin davam etdiyi müddətdə otellərdəki sıxlıq getdikcə azalmağa başlayacaq. Məsələn, noyabrın 13-də 92 faiz dolu olan otellərdə, 15 noyabra qədər bu göstərici 75 faizə enəcək. Həmçinin bildirilir ki, tədbir günü Bakıda standart otel otağının qiyməti 676 dollar (1150 manat) təşkil edəcək. Bu, 2023-cü ilin eyni həftəsi ilə müqayisədə 364% və ya 4 dəfə yüksəkdir. Bildirilir ki, otellərin əsas gəlir dövrü isə 11-15 noyabr tarixlərini əhatə edəcək.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə 2022-ci ildə Bakı və Abşeron yarımadasında yaxın otel və mehmanaxana tipli yerlərdə çarpayı yerlərinin sayı 24 min 696 olub. Ötən 2023-cü ildə bu rəqəmin necə dəyişdiyi məlum deyil. Komitənin məlumatına görə, 2023-cü ilin iyun ayında Bakıda 89 min 168 nəfər xarici turist otellərdə yerləşib.

Bundan başqa, Azərbaycanın indiyədək keçirdiyi ən böyük tədbir olan Avropa Oyunları zamanı idmançılar və onları müşayiət edən heyətin yerləşdirildiyi Atletlər kəndi 8-13 mərtəbəli binalardan və bir inzibati binadan ibarətdir. Yaşayış binalarında yerləşən 1042 geniş mənzildə 7500-ə yaxın insanın yaşayışı üçün hər cür şərait var.

Qeyd edək ki, ötən il COP28-ə ev sahibliyi edən Dubaydakı tədbirdə qeyri-rəsmi rəqəmlərə görə, 100 min insan iştirak etmişdi. Həmin qonaqlar 150 min çarpayılıq yeri olan müxtəlif otellərə yerləşdirilmişdilər. Müqayisə üçün qeyd edək ki, Azərbaycandakı otellərdə ümumi çarpayı sayı 57 mindir. Bu, Dubaydakı göstəricidən təxminən 3 dəfə azdır. Ekspertlər hesab edirlər ki, ölkəyə gələn və otellərdə yer tapa bilməyən xarici qonaqlar mənzil tipli yaşayış evlərini kirayələyərək orada qalacaqlar. Hazırda paytaxtda bu tip mənzillərin günlük kirayə xərci 100-200 dollar civarındadır.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Noyabr 2024 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see253

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see207

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see194

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see171

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see157

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see140

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see131

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri