Icma.az
close
up
RU
Bakı oyun qaydalarını dəyişir: İrəvan niyə qorxuya düşdü?

Bakı oyun qaydalarını dəyişir: İrəvan niyə qorxuya düşdü?

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son aylar İran-Azərbaycan yaxınlaşması Ermənistanda qıcıq və qısqanclıq yaradır. Tehranın Bakıya reveranslarının kökündə iqtisadi və geopolitik, eləcə də təhlükəsizlik məsələləri dayanır. Ermənistan isə görünür hələ İranın işinə yaramır. Azərbaycan İranın İsrail və ABŞ tərəfindən vurulmasında plasdarm rolu oynamaqdan imtina edir. Ən gərgin vəziyyətlərdə belə buna getmədi. İranda Məsud Pezeşkianın prezidentliyi dövründə isə Tehranla Bakı arasında münasibətlərin ilıq qalacağını demək mümkündür.

Bəs bu, Azərbaycana nə verəcək? İranla münasibətlərin normallaşması, ortaq iqtisadi layihələrin, kommunikasiyaların həyata keçirilməsi, ABŞ-la, İsraillə münasibətlərdə gərginlik yaşana bilərmi?

Globalinfo.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib ki, Azərbaycan xarici siyasət strategiyasında müxtəlif güc mərkəzləri arasında balanslaşdırılmış yanaşmanı üstün tutur və bu, ölkəyə mühüm diplomatik uğurlar qazandırıb:

“Azərbaycan heç bir geosiyasi intriqada yer almaq niyyətində deyil. Bu mövqe ölkəmizə həm beynəlxalq nüfuz qazandırıb, həm də regionun təhlükəsizliyinə mühüm töhfə verib. İki və üçtərəfli formatlarda, eləcə də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində aparılan konstruktiv danışıqlar Azərbaycanın təhlükəsizlik arxitekturasını daha da möhkəmləndirib”.

İlyas Hüseynov

İlyas Hüseynov həmçinin qeyd edib ki, son dövrlər İran-Azərbaycan münasibətlərində müşahidə olunan istiləşmə Ermənistanda ciddi narahatlıq doğurur:

“Rəsmi İrəvan uzun müddətdir ki, İrana arxalanaraq öz regional siyasətini bu xətt üzərində qurub. Lakin bu gün bölgədə siyasi paradiqmalar dəyişir. Məsud Pezeşkianın ölkəmizə səfərindən sonra bu dəyişiklikləri daha açıq şəkildə müşahidə etmək mümkündür”.

Politoloq İran-Azərbaycan münasibətlərindəki müsbət dinamikanın Azərbaycan-İsrail əlaqələrinə mənfi təsir edəcəyini düşünmür:

“Azərbaycan güc mərkəzləri arasında körpü rolunu oynamağa qadirdir. Hətta gələcəkdə İsrail-İran və İsrail-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində də vasitəçi rolunu oynaya bilər. Bunun üçün Azərbaycanın həm siyasi iradəsi, həm də diplomatik potensialı mövcuddur”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 May 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri