Icma.az
close
up
RU
Menu

Əldə olan pulu artırmaq üçün bunu edin!

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Cəbrayılda əhali tibbi müayinədən keçdi

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Bakı sammitinin yaratdığı geosiyasi gündəm

Bakı sammitinin yaratdığı geosiyasi gündəm

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan–Özbəkistan müttəfiqliyi regionda böyük maraq doğurur

14–15 oktyabr 2026-cı il tarixlərində Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammiti Avrasiyanın siyasi-diplomatik gündəliyində mühüm yer tutur. Azərbaycanın 2024–2026-cı illərdə təşkilata sədrlik etməsi qitədə təhlükəsizliyin möhkəmləndirilməsi, dövlətlər arasında etimadın artırılması və çoxtərəfli əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli imkanlar yaradıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakı sammitində iştirakı isə iki ölkə arasındakı strateji müttəfiqliyin və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında genişlənən əlaqələrin əhəmiyyətini bir daha ön plana çıxarır. Tədbirin gündəliyində regional təhlükəsizlik, institusional inkişaf, nəqliyyat bağlantılarının genişləndirilməsi və davamlı iqtisadi artım kimi məsələlər yer alır.

AQEM-in inkişaf tarixi onun məşvərət platformasından daha geniş institusional imkanlara malik beynəlxalq quruma çevrilmək istiqamətində keçdiyi yolu əks etdirir. 1992-ci ildə irəli sürülən təşəbbüs bu gün 28 üzv dövləti birləşdirən və Asiya ərazisinin, eləcə də əhalisinin təxminən 90 faizini əhatə edən geniş əməkdaşlıq məkanına çevrilib. Təşkilatın institusional imkanlarının genişləndirilməsi, qərarların icra strukturlarının təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması əsas müzakirə istiqamətlərindəndir. Astana sammitində gündəmə gətirilən institusional transformasiya məsələsi Azərbaycanın sədrliyi dövründə də diqqət mərkəzində saxlanılıb. Rəsmi Bakı çoxtərəfli diplomatiya sahəsindəki təcrübəsindən istifadə etməklə, dövlətlər arasında etimadın gücləndirilməsinə və münaqişələrin qarşısının alınmasında preventiv diplomatiyanın rolunun artırılmasına töhfə verməyə çalışır.

***

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xarici siyasətində Azərbaycanla münasibətlər və Cənubi Qafqazla əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Rəsmi Daşkəndin həyata keçirdiyi açıq və praqmatik siyasət Mərkəzi Asiyanın beynəlxalq nəqliyyat marşrutlarına çıxış imkanlarının genişləndirilməsini, iqtisadi əlaqələrin şaxələndirilməsini və regional əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Mirziyoyevin Bakı səfəri Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. İki ölkə ticarət maneələrinin azaldılması, sənaye kooperasiyasının genişləndirilməsi və ortaq iqtisadi təşəbbüslərin həyata keçirilməsi istiqamətində oxşar mövqelər nümayiş etdirir. Bakı sammiti çərçivəsində aparılan müzakirələr bu əməkdaşlığın çoxtərəfli platformalarda da inkişafı üçün yeni imkanlar yaradır.

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın genişlənməsi 8 oktyabr 2026-cı ildə Türkmənbaşı şəhərində keçirilmiş Mərkəzi Asiya və Azərbaycan Respublikası dövlət başçılarının 8-ci Məşvərət Görüşünün nəticələri ilə də uzlaşır. Həmin görüşdə qəbul edilmiş Birgə Bəyanatda Bakıda keçiriləcək AQEM sammitinə dəstəyin ifadə olunması regionlararası əlaqələrin inkişafına verilən əhəmiyyəti göstərir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin strateji səviyyəyə yüksəlməsi Xəzər hövzəsini birləşdirici məkan kimi ön plana çıxarır. Bu yaxınlaşma həm siyasi dialoqun genişlənməsi, həm də nəqliyyat, enerji, ticarət və təhlükəsizlik sahələrində ortaq maraqların uzlaşdırılması deməkdir. Beləliklə, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əməkdaşlıq Avrasiyanın şərqi ilə qərbi arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.

İqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi sammitin əsas prioritetlərindəndir. Orta Dəhlizin imkanlarının artırılması Azərbaycan və Özbəkistan üçün strateji əhəmiyyət daşıyır. Azərbaycanın tranzit infrastrukturu, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı–Tbilisi–Qars dəmir yolu Özbəkistan məhsullarının dünya bazarlarına çıxışını asanlaşdırır. Gömrük prosedurlarının rəqəmsallaşdırılması və logistika maneələrinin azaldılması yükdaşımaların səmərəliliyini artıraraq regionun beynəlxalq ticarətdə mövqeyini gücləndirə bilər.

Enerji təhlükəsizliyi də regional əməkdaşlığın mühüm istiqamətlərindəndir. Ənənəvi enerji sahəsindəki təcrübə bərpaolunan enerji layihələri ilə tamamlanır. Mərkəzi Asiyada istehsal olunan yaşıl enerjinin Xəzər dənizi vasitəsilə Azərbaycana, oradan isə Avropaya ötürülməsi perspektivi enerji əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bu təşəbbüslər enerji mənbələrinin şaxələndirilməsinə, ekoloji dayanıqlılığın gücləndirilməsinə və müasir enerji texnologiyalarının tətbiqinə yeni imkanlar yaradır.

Regional təhlükəsizlik AQEM-in fəaliyyətində əsas yerlərdən birini tutur. Terrorizm, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi kimi təhdidlər dövlətlər arasında əlaqələndirilmiş fəaliyyət tələb edir. Bu baxımdan təhlükəsizlik sahəsində məlumat mübadiləsinin gücləndirilməsi, sərhəd idarəçiliyinin təkmilləşdirilməsi və birgə təşəbbüslərin genişləndirilməsi mümkün risklərin qarşısının alınmasında mühüm rol oynaya bilər.

Rəqəmsallaşma və kibertəhlükəsizlik müasir dövlətlərin milli təhlükəsizlik gündəliyinin ayrılmaz hissəsinə çevrilib. Kritik infrastrukturun kiberhücumlardan qorunması, dövlət məlumatlarının təhlükəsizliyinin təmin edilməsi və elektron xidmətlərin etibarlılığının artırılması regional əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir. Azərbaycan və Özbəkistanın rəqəmsal idarəetmə, innovasiya və informasiya texnologiyaları sahəsində həyata keçirdikləri təşəbbüslər bu istiqamətdə təcrübə mübadiləsi üçün zəmin yaradır. Süni intellektin tətbiqi, elektron sənəd dövriyyəsinin təhlükəsizliyi və rəqəmsal infrastrukturun inkişafı üzrə əməkdaşlıq həm dövlət idarəçiliyinin səmərəliliyini artıra, həm də üzv ölkələr arasında texnoloji fərqlərin azaldılmasına kömək edə bilər.

Beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət AQEM çərçivəsində əməkdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bu prinsiplərin beynəlxalq münasibətlərdə ardıcıl tətbiqinin əhəmiyyətini bir daha gündəmə gətirir.

Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə töhfə verən ölkələrdəndir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası iki xalq arasında dostluğun və həmrəyliyin nümunəsidir. Bu cür təşəbbüslər siyasi dəstəyi humanitar əməkdaşlıqla tamamlayır, dövlətlərarası münasibətlərin ictimai əsaslarını da möhkəmləndirir. Bakı sammiti beynəlxalq hüququn prinsiplərinin ardıcıl qorunmasının və təhlükəsizlik məsələlərinə ədalətli yanaşmanın vacibliyini bir daha vurğulamaq üçün mühüm platformadır.

Sammitin nəticələri, o cümlədən Bakı Bəyannaməsi və qəbul ediləcək digər sənədlər təşkilatın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır. Bu sənədlər regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və çoxtərəfli dialoq üzrə ortaq prioritetləri əks etdirə bilər. Şavkat Mirziyoyevin digər nümayəndə heyətlərinin rəhbərləri ilə keçirəcəyi görüşlər də Azərbaycan–Özbəkistan münasibətlərinin və daha geniş regional əməkdaşlığın inkişafına əlavə imkanlar yaradır. Azərbaycanın AQEM-ə sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər ölkənin beynəlxalq platformalarda fəal iştirakını və çoxtərəfli diplomatiyaya verdiyi əhəmiyyəti nümayiş etdirir. Bakı bu baxımdan Asiya dövlətlərinin ortaq maraqlar ətrafında bir araya gəlməsi üçün mühüm dialoq məkanı rolunu oynayır.

AQEM-in 7-ci sammiti Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlığın regional müstəvidə möhkəmləndirilməsi üçün mühüm platformadır. Azərbaycanın sədrliyi və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında genişlənən əlaqələr çoxtərəfli dialoqun əhəmiyyətini artırır. Sammitin nəticələri isə qəbul edilən qərarların praktikada tətbiqindən və regional etimadın gücləndirilməsindən asılı olacaq.

Yusif ŞƏRİFZADƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2026 01:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see393

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see286

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see266

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see226

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see223

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see219

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see215

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see196

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see195

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see193

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see187

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see180

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see176

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see174

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see174

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see172

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see167

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see159

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see158

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri