Icma.az
close
up
RU
Bakı üçün böyük proqram hazırlanır: Tıxaclar bitəcək!

Bakı üçün böyük proqram hazırlanır: Tıxaclar bitəcək!

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı və Ankara arasında metropoliten təcrübəsi mübadiləsi memorandumla gücləndirilir

"Bakı Metropoliteni" QSC-nin nümayəndə heyəti Türkiyənin paytaxtı Ankara şəhərində işgüzar səfərdə olub. QSC-dən verilən məlumatda bildirilir ki, səfər “2025–2030-cu illər üçün Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı” çərçivəsində qarşıya qoyulan hədəflərin icrası məqsədilə həyata keçirilib. Səfər zamanı Ankara metrosunun rəhbər şəxsləri ilə görüşlər keçirilib, dispetçer mərkəzi, stansiyalar və vaqon parkına baxış olub, idarəetmə sistemləri, sərnişin axını və texniki yeniliklər müzakirə edilib. Nümayəndə heyəti, həmçinin Çin Xalq Respublikasının vaqon istehsalı üzrə ixtisaslaşmış CRRC şirkətinin Ankaradakı istehsalat müəssisəsində olub. Burada vaqonların texniki göstəriciləri, istehsal və təmir prosesi ilə yerində tanışlıq keçirilib. Ankara səfərində əldə olunan bilik və təcrübələr Bakı Metropolitenində tətbiq ediləcək yeniliklərin planlaşdırılmasına töhfə verəcək.

Metronun sərnişindaşıma yükünün böyük bir hissəsini üzərinə götürdüyü məlumdur. Təsəvvür etmək belə dəhşətdir ki, metro olmasa, əhali hansı vəziyyətə düşər. Son illərdə ictimai nəqliyyat sahəsində bir sıra yeniliklərin tətbiqinə, avtobus parkının yenilənməsinə, hətta elekto-busların da istismara verilməsinə, avtobus zolaqlarının çəkilməsinə baxmayaraq, paytaxtda ictimai nəqliyyat sahəsində problemlər hələ də həllini tapmayıb. Vətəndaşlar dayanacaqlarda avtobus gözləməkdən “gözlərinin kökünün saraldığını” deyir, xüsusən də səhər və axşam “ças-pik” saatlarında dolu avtobusların  dayanacaqlarda ümumiyyətlə saxlamayaraq ötüb keçdiklərindən şikayətlənirlər. İnsanların ümid yeri metrodur. “Təki metroya çatım, sonrası rahatdır”, deyib özlərini nə olursa-olsun yaxınlıqdakı metro stansiyasına çatdırmağa çalışırlar. Sevindirici xəbər budur ki, yeni stansiyaların tikiləcəyi metronun inkişaf planında var. Bu da əhalinin ümidlərini artırır. Bəs Ankara təcrübəsindən Bakı Metropoliteni nə əxz edəcək?  


Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Sherg.az-a açıqlamasında bildirdi ki, Bakı ilə Ankara arasında bu sahədə memorandum imzalanıb:


- Hesab edirəm ki, Ankara metrosundan, məsələn, rabitə-işarəvermə xidməti və ya metroya aid digər sahələrin təcrübəsi öyrənilib, müasir texnologiyalar baxımından uzlaşdıraraq nəzəri-tətbiqi cəhətdən həyata keçirilə bilər. Ümumiyyətlə, dünya ölkələrində fəaliyyətdə olan metropoliten idarəetmə təcrübələri öyrənilməli, yenliklərin tətbiqinə çalışılmalıdır. Görünən budur ki, qarşıdakı illərdə metropolitenin sərnişin yükü daha da artacaq. Metro ən güvənilir, ən rahat ictimai nəqliyyat vasitəsi rolunu hələ də digər heç bir sahəyə güzəştə getmir.      


R.Ağamirzəyev qeyd etdi ki, bir müddət əvvəl Asiya İnkişaf Bankı “Bakı Metropoliteni”nin genişləndirilməsinə dəstək layihəsinə texniki yardımı təsdiqlədi:

- Texniki Yardım Xüsusi Fondu tərəfindən maliyyələşdirilən layihənin məbləği 225 min ABŞ dolları məbləğində müəyyənləşdirilib. Layihənin məqsədi mövcud və qarşıdan gələn təfərrüatlı dizayn və digər sənədlərin nəzərdən keçirilməsi, sektor idarəçiliyini gücləndirmək üçün institusional dəyişikliklərin asanlaşdırılmasında layihənin icra potensialının gücləndirilməsi və AİB-in təminatları, satınalma və digər layihə tələbləri üzrə biliklərin əldə edilməsinə dəstək verməkdir. Layihə dayanıqlı şəhər nəqliyyatını təkmilləşdirməyi hədəfləyən 2025-2029-cu illər üçün AİB-in Azərbaycan üzrə ölkə tərəfdaşlığı strategiyasında qeyd olunduğu kimi, infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının gücləndirilməsi üçün bilik mübadiləsi prioritetinə uyğundur. Bundan əlavə, texniki dəstək Böyük Bakı Yaşıl Nəqliyyat Proqramına yardımın əsas sahəsi ilə uyğunlaşdırılıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilin əvvəlində nəqliyyat məsələlərinə həsr olunmuş geniş tərkibli müşavirə keçirdi. Müşavirədə həm ölkə miqyaslı, həm də Bakı və Bakıətrafı qəsəbələrin yol-nəqliyyat problemlərinə toxunuldu. Məlum oldu ki, Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat problemi cənab Prezidenti narahat edir. Prezident qeyd etdi ki, nəqliyyat infrastrukturunun inkişafı müzakirə edilməlidir, buna ehtiyac var. Prezident çıxışı zamanı tıxacların səbəbinə toxunaraq qeyd etdi ki, ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir. Bu problemlərin aradan qaldırılması üçün növbəti böyük bir proqramın qəbul olunmasına ehtiyac vardır. O cümlədən də metronun inkişafına. Dövlət başçısına Bakı Metropoliteninin perspektiv inkişaf planı təqdim olunub. Metropolitenin inkişaf prioritetlərinə “Yaşıl xətt”lə “Qırmızı xətt”in ayrılması, bunun üçün də vacib olan 3-cü Deponun və yeni stansiyaların tikintisi daxildir. “Metropolitenin inkişafı “Bakı şəhərinin mobillik proqramı”nın əsas komponentidir. Metronun əlçatanlığının təmin edilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi də inkişaf proqramına aiddir. Aparılan işlər şəxsi avtomobil istifadəsindən ictimai nəqliyyata keçidi təşviq etməklə havaya atılan zəhərli qazların miqdarını minimuma endirmək, tıxacların aradan qaldırılması, insanların yola sərf etdikləri vaxtın azaldılmasına nail olmaq və ictimai nəqliyyatda çoxçeşidliyi təmin etmək məqsədi daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 İyul 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri