Bakı üçün yeni mərhələ: Su, kanalizasiya və yağış suları Naqif Həmzəyev
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirə, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış sularının idarə edilməsi sisteminin təkmilləşdirilməsinə həsr olunub. Bu dövlət proqramı yalnız texniki məsələ deyil, eyni zamanda paytaxt və ətrafdakı ərazilərdə yaşayan milyonlarla insanın həyat keyfiyyətinin yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması və davamlı inkişafın təmin edilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Onun sözlərinə görə, Abşeron yarımadasında su problemi uzun illərdir ki, aktual məsələlərdən biri olaraq qalır. Regionun coğrafi xüsusiyyətləri, artan əhali sayı və urbanizasiya prosesləri bu problemi daha da kəskinləşdirir.
“İqlim dəyişikliyi və şirin su ehtiyatlarının məhdudluğu fonunda əhalinin keyfiyyətli içməli su ilə dayanıqlı təminatı mühüm çağırış olaraq qarşıda durur. Hazırkı vəziyyətdə bölgədə su təchizatı sahəsində köhnəlmiş su kəməri şəbəkəsi, yüksək su itkiləri, qeyri-bərabər su təzyiqi, bəzi ərazilərdə fasilələrlə su təminatı və su keyfiyyətində problemlər mövcuddur. Eyni zamanda, kanalizasiya sistemində köhnə və yeyilmiş boru xətləri, məhdud kanalizasiya şəbəkəsi, bəzi yeni yaşayış massivlərinin sistemə qoşulmaması və ekoloji risklər müşahidə olunur. Yağış sularının idarə edilməsində də zəif drenaj sistemi, güclü yağışlar zamanı su basmaları, infrastrukturun zədələnməsi və əhalinin təhlükəsizlik risklərinin artması mütəmadi hal alıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu proqram çoxşaxəli yanaşma əsasında qurulacaq”, – deyə N.Həmzəyev vurğulayıb.
Deputat qeyd edib ki, proqram çərçivəsində Bakı və Abşeron yarımadasında müasir texnologiyalardan istifadə etməklə yeni su kəməri xətlərinin çəkilməsi, köhnə infrastrukturun əvəzlənməsi və su təmizləmə qurğularının yenilənməsi nəzərdə tutulur: “Kanalizasiya sisteminin genişləndirilməsi və modernləşdirilməsi, müasir standartlara uyğun təmizləyici qurğuların inşası və tullantı sularının təmizlənərək ekoloji təhlükəsiz şəkildə utilizasiyası proqramın mühüm komponentlərindəndir. İqlim dəyişikliyi fonunda artan intensiv yağışların törətdiyi problemlərin həlli üçün müasir drenaj sistemlərinin yaradılması, mövcud sistemlərin təkmilləşdirilməsi və sel riskinin minimuma endirilməsi nəzərdə tutulur. Dayanıqlı və keyfiyyətli su təminatı əhalinin sağlamlığının qorunmasında əsas amillərdən biridir. Proqramın icrasıyla bütün əhalinin fasiləsiz olaraq təmiz içməli su ilə təmin olunması, suyun keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və su ilə əlaqəli xəstəliklərin qarşısının alınması təmin ediləcək. Müasir kommunal infrastruktur investorlar üçün mühüm meyardır. Su təchizatı və kanalizasiya sistemlərinin etibarlı işləməsi biznes mühitinin yaxşılaşmasına, yeni müəssisələrin açılmasına və iqtisadi fəaliyyətin canlanmasına şərait yaradır.
Bakı və Abşeron yarımadası turizm baxımından böyük potensiala malikdir. Müasir kommunal infrastruktur turizm sektorunun inkişafı üçün zəruri əsas yaradır və beynəlxalq standartlara uyğun xidmət göstərilməsinə imkan verir. Su və kanalizasiya sistemlərinin yaxşılaşdırılması ərazidə yerləşən əmlakın dəyərini artırır, daşınmaz əmlak bazarının inkişafına təkan verir və şəhərsalma proseslərinin keyfiyyətini yüksəldir. Proqram dəniz ekosisteminin qorunmasına və su hövzəsinin çirklənməsinin qarşısının alınmasına yönəlib”.
Naqif Həmzəyev vurğulayıb ki, avtomatlaşdırılmış dispetçer sistemləri su təzyiqinin idarə edilməsi, nasosların effektiv işi və sistemin ümumi səmərəliliyinin artırılmasına səbəb olacaq.
“Müasir təmizləmə texnologiyalarının tətbiq edilməsi ilə membran filtrləmə, UV dezinfeksiya və digər innovativ üsullarla suyun yüksək keyfiyyətinin təmin edilməsinə çalışılacaq. Geoinformasiya sistemləri (GIS) vasitəsi ilə isə infrastrukturun rəqəmsal xəritələşdirilməsi, planlaşdırma və idarəetmə proseslərinin təkmilləşdirilməsi reallaşacaq. Proqram yalnız Bakı ilə məhdudlaşmır, bütün Abşeron yarımadasının inkişafına töhfə verir. Sumqayıt, Xırdalan və digər yaşayış məntəqələrinin su təminatının yaxşılaşdırılması regional balanslı inkişafa xidmət edir və paytaxtın ətrafında yaşayan əhalinin həyat şəraitinin yaxşılaşmasına səbəb olur”, – deyə deputat qeyd edib.
(Azərtac)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 13 Yanvar 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















