Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər TÜRK EKSPERTDƏN RƏY
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə Prezidentinin səfəri Bakının mövqeyindən asılıdır
Cevat Gök: “Bu dəvət normallaşma prosesində güclü siqnaldır”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin mayın 4-də İrəvanda keçiriləcək 8-ci toplantısına dəvət olunub. Bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin Ermənistanın rəsmi dəvətinə cavabı hələlik məlum deyil.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan indiyədək Avropa Siyasi Birliyinin üç iclasında iştirak edib.
Beynəlxalq münasibətlər üzrə siyasi şərhçi Cevat Gök Sherg.az-a açıqlamasında İrəvanda keçiriləcək toplantı üçün dəvətin diplomatik baxımdan çox önəmli olduğunu deyib:

"Ermənistan-Türkiyə münasibətləri uzun zamandır normallaşma prosesində olduğu üçün bu, çox vacib və güclü addım olacaq.
İştirakın olub-olmayacağına gəlincə, bunun üçün həmin gün Türkiyə-Ermənistan münasibətlərinin necə olacağına baxmaq lazımdır. Azərbaycanın da buna necə yanaşacağını nəzərə almaq vacibdir".
Analitikin sözlərinə görə regional diplomatiyada İlham Əliyev bu məsələyə müsbət yanaşarsa, Ərdoğan da İrəvana gedə bilər:
"Əgər Azərbaycan bunu uyğun hesab etməzsə, Türkiyə mütləq bunu nəzərə alacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 30 Aprel 2026 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















