Yaşıl quşlar didir röyalarımı... Yunan Nobel mükafatçısının şeiri
Icma.az, Kulis.az portalına istinadən məlumat verir.
Bu gün yunan şair, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Odiseas Elitisin doğum günüdür.
Kulis.az onun "İçərək Korinf günəşini" şeirini təqdim edir.
İçərək Korinf günəşini,
Oxuyub mərmər xarabalıqları,
Üzümlüklər və dənizlər boyu addımlayaraq,
Qarpunun tuşunda nişan alıb
Sürüşüb sovuşan nəzir balığını -
Tapdım günəş zəburunun əzbərlədiyi yarpaqları,
Ehtirasın sevinclə yardığı canlı torpağı.
Su içirəm, meyvə kəsirəm,
Əlimi küləyin yarpaqlarına çəkirəm,
Limon ağacları yay tozcuqlarını sulayır,
Yaşıl quşlar didir röyalarımı.
Bir baxışla aralanıram -
Elə geniş bir baxış ki, içində yenidən yaranır dünya ,
Başlanğıcdan bəri ürəyin boyu qədər gözəl!
İngilis dilindən sətri tərcümə etdi: Aydan Ağayeva
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı ödənildi Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq? “Oskar”dan süni intellektlə bağlı mesaj - İnsan yaradıcılığı əsas olaraq qalacaq
Bu mövzuda digər xəbərlər:Atam və mən Nobel mükafatçısının hekayəsi
23 May 2025 14:38
Nobel mükafatçısının azadlığa buraxılması tələb edilir
19 Noyabr 2024 10:22
Şəlalə Yaponiyanın ilk Nobel mükafatçısının hekayəsi
11 İyun 2026 16:03
ABŞ Nobel sülh mükafatçısının vizasını LƏĞV ETDİ
02 Aprel 2025 10:43
Baxış sayı:120
Bu xəbər 02 Noyabr 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















