Icma.az
close
up
RU
Bakı və Abşeronda toz fəlakəti yaşanır

Bakı və Abşeronda toz fəlakəti yaşanır

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nəfəs almaq çətinləşib, tibbi maska, eynək və mümkünsə evdə qalmaq vacibdir


Sağlamlığımız ciddi təhlükə altındadır, ekspertlər ciddi qorunma tədbirləri tövsiyə edir


Bakıda və Abşeron yarımadasında mövcud tozlu havanın səbəbi məlum olub. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyevanın verdiyi məlumata görə, hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır. R.Allahverdiyeva əlavə edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub: “Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”. 


Ekoloq Rövşən Abbasov Sherg.az-a  açıqlamasında tozlu hava şəraitinin yaranmasına bir çox amillərin təsir etdiyini bildirdi: 

- Bəli, havada tozluluq miqdarı yüksəkdir.  Bu, insan sağlamlığına ziyandır, xüsusən də meteohəssas insanlar üçün, azyaşlılar, yaşlı insanlar üçün təhlükəlidir. Bunlar transsərhəd toz axınlarıdır, ölkəmizin ərazisinə şərq və cənub-şərq küləkləri vasitəsilə daxil olur. Ümumiyyətlə, Abşeron yarımadasının iqlimi, bilirsiniz ki, qurudur, atmosfer yağıntıları azdır, bitki örtüyü zəifdir. Belə şəraitdə çox zəif küləklər də toz hissəciklərini havaya qaldırır. Digər tərəfdən Bakı sənaye şəhəridir. Tikintilər çoxdur. Parkların sahəsi tikinti sahələrinə nisbətən azdır. Yaşıllıqların sahəsi lazımi ölçüdə deyil. Digər bir səbəb Xəzər dənizinin geri çəkilməsi, dənizin səviyyəsinin enməsidir. Biz Xəzərin qərb sahilində yaşayırıq, şərq sahilində isə böyük səhralıqlar var. Qızılqum, Qaraqum səhraları bizdən 200-300 km. məsafədədir. Dənizin səviyyəsinin aşağı düşməsi səhraların ərazisinin daha da genişlənməsinə səbəb olur. Bu da havada tozun miqdarını artırır. Biz Xəzər dənizini xilas etmək lazımdır deyəndə, həm də gələcəkdə səhralaşma təhlükəsinin qarşısının alınmasını nəzərdə tuturuq. 

Ekspert bildirdi ki, ölkəmizin ötən il ev sahibliyi etdiyi COP-29 beynəlxalq miqyaslı tədbirdə iştirakçı dövlətlər tərəfindən istixana qazlarının azaldılması öhdəliyi götürülüb: 

- İstixana qazlarının 35 faiz azaldılması mümkün olacağı təqdirdə, bu, həm də atmosferin çirkləndiricilərinin azalmasına böyük töhfə vermiş olacaq. 


R.Abbasov bildirdi ki, tozlu havanın insan sağlamlığına ziyanı nəzərə alınaraq ehtiyatlı olmaq lazımdır: 

- Tozlu hava yuxarı tənəffüs yolları və ağ ciyərlərin fəaliyyətinə mənfi təsir edir. Nəfəs darlığı, öskürək yaradır, ürək döyüntülərini artıra bilir. Odur ki, insanlar mümkün qədər qorunmalıdır. Tibbi maskalardan istifadə etmək, eynək taxmaq, bol maye qəbul etmək və mümkün qədər, zərurət yoxdursa, evdən çıxmamaq məsləhətdir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Avqust 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri