Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bakı və İrəvan üçün yeni president: RusiyaYaponiya nümunəsi masaya qoyuldu

Bakı və İrəvan üçün yeni president: RusiyaYaponiya nümunəsi masaya qoyuldu

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Rəsmi Bakı üçün əsas hədəf nədən ibarətdir? Ermənistanla sülh sazişi imzalamadan da prosesləri irəliyə aparmağın mümkünlüyü önə çəkilir. Rusiya-Yaponiya nümunəsi ortaya qoyulur...

- Əslində, sülh sazişi ondan ötrü tələb olunur ki, Azərbaycan savaş durumundan tamamilə çıxmayıb. Reallıq ondan ibarətdir ki, qonşu Gürcüstanla belə bir sənəd imzalanmır. Belə bir zərurət mövcud deyil. İran və Rusiya ilə də eyni yanaşma var. Sülh sazişi o zaman meydana gəlir ki, aparılan bir savaşın yekunu olur. Əks halda, bu hüquqi cəhətdən legitimləşmədən sona çatmış olur. Qeyd olunan müqavilə həm də müharibənin bir hissəsi, davamıdır, onun yekununun göstəricisidir. Bu, həmçinin savaşın hüquqi qiymətləndirilməsi, diplomatik qüvvə alması, beynəlxalq məkana qəbul etdirilməsidir və s. Ona görə də Azərbaycana sülh müqaviləsi lazım deyil, belə də Ermənistanla diplomatik münasibətlər quraq, sabah da sərhədlərin xəttini çəkib onu markalayaraq, orada xüsusi dirəklər vuraq və bununla da hamı artıq öz ərazisini tanısın. Sözsüz ki, məsələ belə bitməyəcək.

- Prosesin bu həddə saxlanılması gələcək üçün hansı təhlükələr yarada bilər?

- Bu günlərdə Ermənistanın Kirants adlandırdığı Qazax rayonun işğalda olan kəndlərində birində erməni tərəfinin ayrı-ayrı vətəndaşlara əmlak qurumu tərəfindən verilən reyster çıxarışları haqqında məlumatlar yayıldı. Bu məsələnin məğzi və mənası ondan ibarətdir ki, həqiqətən də onlar qeyd olunan əraziləri Azərbaycanın sovet dövründə ərazi subyekti kimi, inzibati vahid olaraq təsbiq olunduğunu bilirdilər. Ancaq onunla bərabər müəyyən qurumlar bu əraziləri özlərinin informasiya sistemlərinə daxil ediblər. Kimsə səhərisi gün vətəndaş olaraq müraciət etdikdə, həmin ərazinin “A” nöqtəsində deyil, haqlı olaraq Azərbaycana qaytarılmış ərazilərdə olduğunu yəqin edəcək. Hətta delimitasiya getmiş ərazilərdə belə Ermənistanın daxili həyatında bu proses tam hüquqi cəhətdən bütün strukturların informativ elektorn sistemlərində yerləşməyib. Onlar hələ də “köhnə beyinlə” işləyirlər. Bu hələ bir kəndin hansısa hissəsinə aid olan faktdır. Sözsüz ki, bu torpaqların bir qarışından belə keçilə bilməz.

- Ermənistanı sülhdən qaçıran əsas elementlər nədən ibarətdir?

- Sülh müqaviləsi daha çox Ermənistan üçün lazımdır. Bu onların Paşinyanın da dediyi kimi “uzun əsrlər boyu müxtəlif imperiyaların planlarına yem olmuşuq bizi “böyük Ermənistan” ideyaları ilə təchiz ediblər. Əvəzində isə biz heç kiçik Ermənistanı da əldə etməmişik. Ona görə də real Ermənistan strategiyasını irəli sürüblər. Bu, əslində, doğru yanaşma deyil. Buna görə də Paşinyanı millətçi, faşist dairələri və erməni məsələsindən yalnız biznes məqsədi ilə yararlanan qüvvələr, üçüncü nəsl lobbisi ermənilər, o cümlədən onların diaspora sisteminə bağlı möhtəkir, qlobal güc sistemləri bundan maksimum dərəcədə faydalanıblar”. Amma tarix boyu bu onların həm də fiziki baxımdan insan itgilərinə səbəb olub. Bu inkaredilməz olsa da qətiyyən “soyqırımı” mənasında deyil. Baş vermis köçlər, köç dalğalarını yaşanması özlərinin ideoloqlarının və rəhbərlərinin cinayətkar səhfləri hesabına Osmanlı imperiyasına sonradan Rusiya və İran imperiyasına xəyanət etdikləri üçün bir regionda yaşamaq imkanlarını itiriblər.

- Paşinyanın real Ermənistan adlandırdığı ərazilər hansı reallığı əks etdirir?

- İndiki halda Ermənistanın baş naziri Azərbaycandan, türk dünyasından 29 min kv km-lik bir dövlətin reysterini qazanmaq istəyir. O indi böyük yox, real, mövcud olan Azərbaycan və Türkiyənin tanıyacağı Ermənistan lazımdır deyir. Daxili auditoriyaya bildirir ki, “siz indi xəstə təfəkkürünüzü gerçəkliyə daşıyın. Özünüz Amerikada oturmusunuz...axı bütün dünya Ermənistan deyil. Sən “Armenian kingdom”, dünya çapında “Ermənistan krallığı” kimi bir vəziyyəti bəyan edib daha hansı əraziləri özünə qata bilərsən? Bu əslində heç mövcud da deyil.

- Sərhəd xəttlərinin dəqiqləşməsinə qarşı Ermənistan daxilində başlayan bir etiraz vardı. Bu dalğanın prosesə təsiri olacaqmı?

- Sülh müqaviləsi Ermənistan üçün də çox önəmlidir. Amma delimitasiya və demarkasiya prosesi heç də sülh müqaviləsindən öndə getməyəcək. Ayrı-ayrı lokal hissələrdə bu Azərbaycan dövlətinin, Ali Baş Komandanın strateji qələbəsi oldu. Beləliklə, Qarabağdan 300 km uzaqda artıq başqa bir tarixi dönəmlərdə itirilmiş ərazilərimiz geri qaytarıldı. Bu, ayrı president və nümunədir. Dərhal Azərbaycan mediası və cəmiyyəti Nüvədi kəndini, başqa əraziləri haqlı olaraq gündəmə gətirdi. Sözsüz ki, bu proses gedəcəkdi. Elə bunun ardınca Ermənistanda olan həmin qüvvələr də dərhal meydana atıldılar ki, Paşinyanın güzəştli və yaxud təslimçiliyinin qarşısını alsınlar. Həqiqətən də onlar müəyyən dövr prosesi iflic etdilər. İndi isə bir qədər o dalğa sönüb. Aksiyalar da sona çatıb. Artıq Ermənistanın baş naziri də bəyan etdi ki, delimitasiya üzrə danışıqlar bərpa olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 07 Yanvar 2025 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri