Icma.az
close
up
RU
Bakı yollarında xaos daha da artacaq… Ekspert açıqladı

Bakı yollarında xaos daha da artacaq… Ekspert açıqladı

Tribuna saytına istinadən Icma.az xəbər verir.

Bakı yollarında bizi yaxın günlərdə uzun müddətli sıxlıq gözləyir. Bu sıxlıq 6 aydan daha çox çəkəcək, 1 ilə qədər davam edə bilər.

Bu sözləri Tribunainfo.az-a yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib. O qeyd edib ki, təkcə metroda iki stansiya arasındakı tunellərdə aparılan işlərə görə yox, dövlət proqramına əsasən bir çox yolların tikilməsi, mövcud yolların genişləndirilməsi, şaxələndirilməsi planlaşdırıldığı üçün bu paytaxt yollarındakı sıxlığı daha da artıracaq:

“Bakıda artıq yolların genişləndirilməsinə, şaxələndirilməsinə, yeni yolların salınmasına çoxdan ehtiyac var. Ardıcıllıqla bu işlərə başlanılacaq. Dövlət proqramı əsasında yeni layihələrin icra edilməsi avtomobil yollarında hərəkəti təbii olaraq çətinləşdirəcək. Paytaxt sakinləri Bakı yollarında sıxlıq və tıxaclara indidən hazır olmaldır. Çünki bizi 1 ilə qədər davam edəcək sıxlıq gözləyir. Sürücülərdən tələb olunan odur ki, bu kimi işlər zamanı daha təmkinli olsunlar. Çünki yolların genişləndirilməsi də, yeni yolların salınması da problemsiz, tıxacsız hərəkətin təşkili üçündür”.

Ekspert iki stansiyanın tunelində aparılacaq işlərin yerüstü nəqliyyata göstərəcəyi təsirə də aydınlıq gətirib:

“Metroda 6 aylıq müəyyən işlərin aparılması ilin son rübünə nəzərdə tutulub. İlk günlər sıxlıq olması təbiidir. Ancaq ümumilikdə bu işlərə görə problem yaradacaq sıxlığın müşahidə edilməyəcək. Düşünürəm ki, metroda 6 aylıq işin aparılması yürüstü nəqliyyatda ciddi təsir etməyəcək”.

Nigar İxtiyarqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 11 Aprel 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri