Icma.az
close
up
RU
Bakıda 13 yaşlı qız bir kilo qızıl oğurlayıb sevdiyi oğlana verdi ŞOK TƏFƏRRÜAT

Bakıda 13 yaşlı qız bir kilo qızıl oğurlayıb sevdiyi oğlana verdi ŞOK TƏFƏRRÜAT

Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda yetkinlik yaşına çatmayan qızı hədələyərək bir kiloqrama yaxın qızıl və xeyli pul alan şəxs həbs edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu Süleyman Vəzirov küçəsində baş verib.

Cəlilabad rayonu Göytəpə qəsəbə sakini 2003-cü il təvəllüdlü Elgiz Məmmədov İnstaqram sosial şəbəkəsində tanış olduğu 13 yaşlı Həliməni (şərti adlı) hədələyərək ondan külli miqdarda qızıl və pul alıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, Elgiz sosial şəbəkədə Heydər Əliyev adına liseyin 7-ci sinif şagirdi olan qızla tanış olub və onu sevdiyini deyib. Onlar aprelin 17-də məktəbin qarşısında görüşüblər və 21 yaşlı oğlan 13 yaşlı qıza xoş sözlər deyib, onu sevdiyini, çox bəyəndiyini bildirib. 3 gün sonra Elgiz Həliməyə 8-ci kilometr bazarında ayaqqabı mağazası açmaq istədiyini deyərək ondan 1000 manat borc pul istəyib. Elgizin xoş sözlərinə inanan yeniyetmə evdən gizli şəkildə 1000 manat götürərək ona verib.

Bir neçə gün sonra qız pulu geri istədikdə Elgiz onu hədələməyə başlayıb və birgə çəkilmiş fotolarını İnstaqramda yayacağını deyib. O, 13 yaşlı qızı hədələyərək pul tələb etməyə başlayıb. Rüsvay olacağından qorxan məktəbli qız evdəki seyfdən 3 min dollar, 1500 manat və bir kiloqrama yaxın qızılı oğurlayaraq yaşadığı binanın dəhlizində Elgizə verib. Nəticədə Həlimənin anasına 82 min manata yaxın maddi ziyan dəyib.

Elgiz də həmin qızıl və pullardan istifadə etməklə özünə yeni biznes qurub və mağaza açıb.

Yeniyetmənin anası evdəki seyfdən oğurluq olmasını bildikdən sonra polis çağırıb. Qısa vaxt sonra yeniyetmə qız hər şeyi etiraf edib və seyfdə olan pul və qızılları Elgizə verdiyini deyib.

Polisin keçirdiyi tədbirlərlə Elgiz Məmmədov tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 178 (Dələduzluq əməli) və 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi açılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 dekabr 2024-cü il tarixli hökmü ilə Elgiz Məmmədov 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Turqut Seyidov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://publika.az
archiveBu xəbər 11 Dekabr 2024 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri