Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Bakıda 23 il əvvəl baş vermiş enerji qəzasını yadplanetlilər törədib?

Bakıda 23 il əvvəl baş vermiş enerji qəzasını yadplanetlilər törədib?

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda 23 il əvvəl baş vermiş enerji qəzasını yadplanetlilər törədib?

AzPost bildirir ki, 22 il əvvəl – 2002-ci il iyulun 13-ü, şənbə günü Bakı və demək olar ki, bütün ölkə zülmətə qərq oldu. Ölkənin enerji sektorunda baş vermiş qəza ölkəni işıqsız qoydu.

Bu qəza ilə bağlı müxtəlif versiyalar irəli sürülsə onların içindi biri öz qeyri-adiliyi və fantastikliyi ilə hamını təəccübləndirdi.

Enerji sektorunda baş vermiş qəzaya uçan naməlum boşqabda gələn yadplanetlilərin səbəb olduğu iddia edilirdi. Hadisdən bir neçə dəqiqə əvvəl isə Bakı və Abşeronun sakinləri səmada UNO gördüklərini deyirdilər.

Həmin zaman göydə yarım saat ərzində qəribə obyektlər uçuşub. Şahidlərin sözlərinə görə, ellipsvari dörd obyekt əvvəlcə havada tərpənmədən durub, daha sonra qəfildən yoxa çıxıblar.

Obyektlər o qədər diqqəti cəlb edib ki, sürücülər maşından düşərək bu anomal hadisəni seyr ediblər.

Həmin gün yaranmış ajiotajla bağlı Müdafiə Nazirliyi açıqlama yayaraq uçan obyektlərlə bağlı heç bir informasiyaya malik olmadıqlarını bəyan etmişdilər. Nazirlik HHQ tərəfindən heç bir təlim keçirilmədiyini açıqlamışdı.

Amma nazirlikdəki mötəbər mənbələrdən alınan digər məlumata görə, görə, paytaxt üzərində tərpənməz halda qalan bu obyektləri müşahidə ediblər. Nazirlikdəki mənbə demişdi ki,  Azərbaycan ərazisi üzərində belə uçuşlar ilk dəfə deyil. Buna baxmayaraq lokatorlar hər hansı obyekti qeydə ala bilmirlər.

UNO barədə məlumatı o zaman AMEA-nın nəzdində anomal hadisələr üzrə daimi komisisyanın rəhbəri Elçin Xəlilov da təsdiq edib. O, həmin gecə Zirə üzərində uçan obyekti videogörünütlərini çəkə bilmşidi. Xəlilov KİV-ə açıqlamasında görüntülərin araşdırıldığını demişdi. “Aydın olan odur ki, qeydə alınan obyekt nə helikopter, nə təyyarə, nə də digər uçuş aparıtıdır. –ekspert vurğulamışdı.

UNO havadan 5 kilometr hündürlükdə asılıb və sonra dənizə tərəf uçub.

Milli Aeorokosmik Agentliyin kosmik seymoloji bölməsinin müdiri, Beynəlxalq enerji-informasiya akademiyasının müxbir üzvü Fuad Qasımov o zaman “Exo” qəzetinə açıqlamasında demişdi ki, yadplanetililərin obyekti elektrik enerjisi ilə qidalanır: “Gəlmələr öz planetlərarası gəmilərini elektrik enerjisi ilə doldururdular. Ölkədə enerji sektrounda qəza zamanı bir neçə ərazidə – Sahil qəsəbəsində, Buzovnada, Nardaran və Maştağa arası ərazidə, Pirallahı adasında və 9-cu mikrorayon ərazisində UNO-lar görünüb. Belə faktlar az deyil. Gəlmələr digər ölkələrdə də -ABŞ-da, Danimarkada və s ölkələrdə belə enerji “sormaları” ediblər. Onlar bunu gizlətmədən edirlər”.

Ekspertin fikrincə, UNO-lar yay mövsümündə fəallaşırlar.

“Onlar üçün aktiv nöqtələr Xəzər dənizinin tektonik dibidir. UNO-lar Xəzərin enerji resursları ilə qidalanırlar. Amma bu prosesi öyrənmək hələ ki, elmə nəsib olmur. Həmçinin bu obyektlərin işıq sürəti ilə necə hərəkət etməsi də müəmmalı olaraq qalır”.

Bundan əvəvl də- 1999-cu ildə Bakı sakinləri bir neçə dəfə səmada UNO-ları müşahidə etmişdilər. Böyük həcmdə olan üçtərəfli obyektlər dəyişkən formaları və işıqlanması ilə yadda qalmışdı.

Xəzər dənizi və UNO

Xəzər dənizi bu baxımdan bir çox müəmmalı hadislərin sirrini saxlayır. İnsanlar dəfələrlə onun suları üzərində qəribə obyektləri müşahidə ediblər.

Bunlarin içində ən diqqətçəknləri hərbçilər, balıqçılar və digərləri tərəfindən qeydə alınıb. Məsələn, 1977-ci ildə sovet hərbçiləri Bakıdan bir qədər aralı, dəniz üzərində uçaraq işıq saçan obyekt görmüşdülər. Obyekt sürətlə uçaraq dənizdə yoxa çıxmışdı.

1986-cı ildə bir qrup balıqçı bəyan etmişdi ki, dəniz üzərində disk formasında olan və onarın üzərinə parlaq işıq salan obyekti gözləri ilə görüblər.

2013-cü ildə Qazaxıstan vətəndaşının dəniz sahilində çəkdiyi videoda görünür ki, işıq saçan qəribə obyekt necə dəniz üzərində hərəkət edir, daha sonra suya enərək yoxa çıxır.

Xəzərdə yadplanetlilərin bazasının olması barədə rezonans doğuran məlumatı isə Dağıstan sakini verib.

2021-ci ildə adı çəkilməyən həmin şəxs video müsahibəsində bildirib ki, o Xəzər dənizinin dərinliklərini tədqiq edən məxfi missiyanın iştirakçısı olub. O və həmkarları Xəzərin dibində yadplanetlilərin baza-şəhərini müəyyən ediblər.

Həmin şəxsin sözlərinə görə, məxfi komanda müasir sualtı aparatlardan istifadə edərək 300 metr dərinliyə eniblər. Orada onlar bir sıra anomaliyarla üzləşiblər. Dənizin dibində qəribə alovlar, səs və hərəkətlər müşahidə ediblər.

O iddia edib ki, komanda həmçinin piramidaları, qüllələri və günbəzləri xatırladan bir sıra süni tikililər tapıb. Bütün bunlar naməlum materialdan hazırlanmışdı. Qrup təxmin edib ki, bu strukturlar yerdənkənar sivilizasiya nümayəndələrinin mövcudluğunu təmin etmək üçün qurulmuş mürəkəb tünellərin, kameraların və tiklililərin bir hissəsidir.

2003-cü ildə Türkmənbaşı şəhərinin sakinləri qəribə təzahürün şahidi olublar. 5 iyun yerli vaxtla saat 16.22-də Türkmənbaşı körfəzində suyun altından yaşılmtıl-gümüşü rəngdə olan disk çıxaraq səmaya uçub. Yaxınlıqda olan hava limanı bu obyekti görmək, radarla izləmək imkanı əldə edib. Limanda çalışanlar, sadə turistlər və şəhər sakinləri də hadisənin şahidi olublar. Ümumlikidə qəribə obyekti 400 nəfər görüb.

UNO əvvəlcə Xəzərə tərəf hərəkət edib. Bir neçə dəqiqədən sonra obyekt istiqamətini dəyişib və Xəzər dənizinin dərinliklərində batıb. Ondan sonra bu aparatı daha heç kim görməyib.

Rusiyada bu tip hadisələri qeydə alan “Kosmopoisk” təşkilatı Xəzər dənizi üzərində UNO-larn uçuşu ilə bağlı 270 hadisəni qeydə alıb.

Hələ 1960-cı illərdə UNO tədqiqatçıları bildirirdilər ki, Xəzər dənizi uçan obyektləri və “boşqabları” özünə cəlb edir. Onlar sudan çıxaraq dağa tərəf uçur və ya geriyə uçaraq suyun dərinliklərinə enirlər. Bu müşhaidələr nəticəində belə bir hipoteza yaranmışdı ki, dənizin dibində gəlmələrin bazası mövcuddur.

Bu versiya ilə ekstrasenslər də razıdır. Məsələn, yadplanetlilərlə əlaqəsinə görə tanınmış mütəxəssis İrina Podzorova deyib ki, Xəzər dənizinin dibində mövcud olan gəlmələrin nümayəndələri ilə təmasları olub.

Onun sözlərinə görə, dənizin dibində yuxarıdan qorunan iki nəhəng günbəz var. Qüllələrin içində tədqiqat bazası, yaşamaq üçün sahələr, yüksək texnologiyalarla təchiz edilmiş onlarla uçan və üzən aparatlar var. Dənizin dibindəki iki düşərgədə yadplanetlilər yaşayır. Yaşayış məkanından savayı orada “ana-gəmi” –su hövzəsində keşik çəkən nəhəng gəmi durur. Onların “səma qapı”larına çıxışı var. Bu portallar onlara bir anda öz sivilizasiyaları ilə əlaqə qurmağa imkan verir.

Belə bazalar həmçinin İssık –Kul, Baykal gölündə,Yapon dənizində, Qrenlandiya və Antarktida mövcuddur.

Maraqlıdır ki, Xəzər dənizində UNO-ların fəallığı təkcə mülki adamların deyil, müxtəlif ölkələrin hərbçiləri tərəfindən də qeyd olunur.

Beynəlxalq İnformatika Akademiyasının “ufologiya və bioenergetika” şöbəsinin rəhbəri, professor Vladimir Ajaja da yadplanetlilərin Xəzər üzərində uçuşlarını təsdiq edir. Ajaja Xəzərdə yadplanetlilərin 3 bazasının mövcud olduğunu deyib.

“Bir baza Abşeron yarmadasının şimalında yerləşir. Həmçinin Xəzərin cənubunda dərinsulu hövzəsində, və şimalda dayaz yerində gəlmələrin bazasının olmasına dair şahid ifadələri var. Rusiyada anomal təzahürlər üzrə Komisisyanın məlumat bazasında müxtəlif hadislər qeyd edilib: Bakı, Həştərxan, Türkmənistan limanları üzərində UNO uçuşları, Türkmənbaşı dəniz vağzalı ərazisində sudan UNO-nun çıxması, hərbi təyyarələrlə və katerlərlə “oyun oynamaq”, atəşə qarşı davamlı olduqlarını nümayişkarənə şəkildə gösrətməklə…

Şahidlərdən biri, Dimitri Şabalin Kassiopeya ulduzunda gələnlər tərəfindən oğurlanıb. Onu UNO gəmisində  sualtı bazaya aparıblar: “Siz yer əhalisinin “qara qüvvələr” adlandırdığı şəxslərin əlindəsiniz. Bura Yer Okeanının dibində,(onlar Xəzər dənizini belə adlandırıblar) altı tədqiqat mərkəzinin birindəsiniz”-deyə o bildirmişdi.

F.Qasımov 2002-ci ildə verdiyi müsahibədə etiraf etmişdi ki, SSRİ Elmlər Akademiyasının Torpaq İnstitundakı qeydiyyat sənədlərində Bakı və Xəzər ətrafında UNO bazalarının olması barədə məxfi məlumatlar yer almışdı.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:385
embedMənbə:https://azpost.info
archiveBu xəbər 19 İyul 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri