Bakıda “7 ci ANİMAFİLM Festivalı: Böyük Britaniyadan sevgilərlə” adlı tədbir keçiriləcək
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 4 fevral, AZƏRTAC
Fevralın 15-dən 16-dək Bakıda “7-ci ANİMAFİLM Festivalı: Böyük Britaniyadan sevgilərlə” adlı xüsusi tədbir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının nümayişləri Nizami Kino Mərkəzində və Animasiya Evində reallaşacaq.
Festival çərçivəsində BAFTA və “Oscar” mükafatlı Böyük Britaniya animasiya filmləri tamaşaçılara təqdim olunacaq. Bununla yanaşı, britaniyalı tanınmış animasiya prodüseri Aaron Wood “Animasiya istehsalı”, “Layihənin inkişaf etdirilməsi” və “Pitçinq” mövzularında mühazirələr oxuyacaq.
Tədbiri “Peri Film” MMC və Azərbaycan Animasiya Assosiasiyası təşkil edir və “British Council” tərəfindən dəstəklənir. Festivalın media tərəfdaşı isə məşhur animasiya jurnalı “Skwigly”dir.
Biletləri “Tripsome” platforması üzərindən əldə etmək mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 04 Fevral 2025 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















