Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

BAKIDA BƏZİ SƏNƏDSİZ EVLƏR SÖKÜLÜR... Kompensasiya kimlərə veriləcək?

BAKIDA BƏZİ SƏNƏDSİZ EVLƏR SÖKÜLÜR... Kompensasiya kimlərə veriləcək?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Bakıda sənədsiz tikilmiş evlərin sökülməsi məsələsi xüsusən son yağışlardan sonra cəmiyyət arasında ciddi müzakirələrə səbəb olur. Bir tərəfdən şəhərsalma qaydalarının pozulması və təhlükəsizlik məsələləri önə çəkilir, digər tərəfdən isə illərlə həmin evlərdə yaşayan insanların taleyi sual altına düşür. 

Əsas müzakirə mövzusu isə budur: bu evlər sökülərkən vətəndaşlara kompensasiya verilməlidirmi, yoxsa qanunsuz tikililərə görə məsuliyyət yalnız sahibinə aiddir?

Mövzu ilə bağlı “AzPolitika”ya əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, artıq uzun müddətdir, xüsusilə paytaxt Bakı şəhərinin bir çox ərazilərində söküntü işləri aparılır. 

Onun sözlərinə görə, bu işlər əsasən iki formada həyata keçirilir. Bəzi ərazilər dövlət ehtiyacları üçün alınır və bu zaman vətəndaşların mənzilləri sökülərkən onlara kompensasiya olaraq pul ödənilir. Digər halda isə qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları və fərdi yaşayış evləri özəl tikinti şirkətləri tərəfindən sökülərək yeni tikililərlə əvəz olunur

 “Hər iki söküntü prosesində vətəndaşlara kompensasiya kimi bəzi hallarda mənzil, bəzi hallarda isə pul verilir. Bundan əlavə, yeni kommunikasiya xətlərinin və avtomobil yollarının çəkilməsi ilə əlaqədar aparılan söküntülər zamanı da vətəndaşların əmlakı qiymətləndirilir və onlara kompensasiya ödənilir”,  - deyə ekspert bildirib. 

Ekspert qeyd edib ki, hazırda Bakı və Abşeron ərazisində yüz minlərlə çıxarışsız fərdi yaşayış evi mövcuddur: “Bu evlərin çıxarışı olmasa da, əksəriyyətində müxtəlif qurumlar tərəfindən verilmiş sənədlər mövcuddur. Belə ki, bəzi ərazilərdə bələdiyyələrin sərəncam və qərarları, digər yerlərdə isə icra hakimiyyətlərinin, kolxoz və sovxozların, həmçinin mənzil-istismar idarələrinin sənədləri əsasında fərdi yaşayış evləri tikilib. Bu cür evlərin sökülməsi zamanı vətəndaşlara mütləq qaydada kompensasiya ödənilir. Söküntü zamanı çıxarışın olması mühüm amil hesab olunsa da, vətəndaş uzun müddət həmin mənzildə yaşayırsa, kommunikasiya xətləri və qeydiyyatı mövcuddursa, çıxarış olmasa belə, bu sənədlər əsasında da kompensasiya verilir.

Əgər fərdi yaşayış evi qeyri-qanuni şəkildə inşa olunubsa, bu halda aidiyyəti dövlət qurumları məhkəməyə müraciət edir və yalnız məhkəmə qərarı ilə həmin əmlakın sökülməsi mümkündür. Bununla belə, sənədi olmasa da, uzun müddət yaşayış mövcuddursa, belə hallarda da söküntü zamanı vətəndaşlara kompensasiya ödənilir”.

Oğuz Ayvaz

“AzPolitika. info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Aprel 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri