Icma.az
close
up
RU
Bakıda böyük söküntü: Sakinlərə veriləcək pul necə hesablanacaq?

Bakıda böyük söküntü: Sakinlərə veriləcək pul necə hesablanacaq?

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Bakı şəhərində həyata keçiriləcək genişmiqyaslı yenidənqurma və abadlıq işləri artıq gündəmin əsas mövzularından birinə çevrilib. Bu proses çərçivəsində köhnə və qəzalı tikililərin sökülməsi, əvəzində isə müasir yaşayış və infrastruktur obyektlərinin inşası planlaşdırılır. Paralel olaraq, sakinlərin köçürülməsi, kompensasiya və yeni mənzillərlə təmin olunması məsələləri də ön plana çıxır.
Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Anar Nəsirov Demokrat.az-a bildirib ki, Bakı şəhərinin 2040-cı ilə qədər olan baş planına əsasən, şəhərin bütün rayonlarında söküntü və abadlıq işləri aparılacaq: 
"Əgər söküntü dövlət ehtiyacları üçün nəzərdə tutulubsa, yəni hər hansı strateji obyektin, parkın salınması, yolların, metro xətlərinin və stansiyalarının, tramvay xətlərinin çəkilməsi ilə bağlı olarsa, bu zaman insanlara mənzilin kvadratmetrinə görə kompensasiya ödəniləcək.
Digər hallarda isə, əgər söküntü şəhərin yenilənməsi, abadlaşdırılması və müasirləşdirilməsi məqsədilə müvafiq tikinti şirkətləri tərəfindən pilot layihələr çərçivəsində aparılarsa, bu zaman sakinlərlə danışıqlar keçiriləcək. Bu proses əsasən istismar müddəti başa çatmış, köhnə və qəzalı vəziyyətdə olan evləri əhatə edir".
Ekspert bildirib ki, söküntü prosesi dörd mərhələdə həyata keçiriləcək:
"Birinci mərhələdə söküntü şirkəti ilə sakinlər arasında söküləcək mənzilin kvadratmetri müəyyənləşdirilərək razılaşdırılır. İkinci mərhələdə yeni tikiləcək müasir binada veriləcək mənzilin kvadratmetri tərəflər arasında razılaşdırılır. Üçüncü mərhələ isə veriləcək mənzilin təmiri ilə bağlıdır. Bu mərhələdə iki variant mövcuddur. Mənzil sahibi təmir üçün vəsaiti alaraq işi özü görə bilər. Digər halda, razılıq əsasında tikinti şirkəti mənzili öz hesabına təmir edib sakinlərə təmirli şəkildə təqdim edir. Dördüncü mərhələdə isə sökülən binalarda və ya həyət evlərində yaşayan sakinlər tikinti müddətində kirayə mənzillə təmin olunur. Kirayə mənzil tikinti başa çatıb bina sakinlərə təhvil verilənə qədər təmin edilir və kirayə haqqı tikinti şirkəti tərəfindən ödənilir. Bina təhvil verildikdən sonra kirayə ödənişi dayandırılır və sakinlər yeni mənzillərinə köçürülür. Mənzillər vətəndaşlara təhvil verildikdən sonra müqavilə qüvvədən düşür".
Anar Nəsirov deyib ki, tikinti şirkətləri ilə vətəndaşlar arasında olan razılaşma şərtləri ilə dövlət əhəmiyyətli obyektlərin tikintisi üçün aparılan söküntülərin şərtləri fərqlidir:
"Dövlət layihələri zamanı vətəndaşlara yalnız kvadratmetrə uyğun kompensasiya ödənilir. Çünki bu ərazilərdə yeni yaşayış binaları tikilmir. Özəl tikinti şirkətləri tərəfindən aparılan söküntü və yenidənqurma işləri zamanı isə vətəndaşlara əvvəlki mənzillərinin yerində və ya həmin ərazidə tikilən yeni çoxmərtəbəli binalarda əlavə kvadratmetr hesablanmaqla mənzillər verilir.
Qeyd olunmalıdır ki, bütün binalar eyni vaxtda sökülməyəcək, proses mərhələli şəkildə həyata keçiriləcək. Sökülən ərazilərdə müasir tipli binalar, parklar, nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolu stansiyaları və tramvay xətləri inşa olunacaq. Eyni zamanda, Bakı şəhərində istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan köhnə tikililər sökülərək yerində müasir standartlara cavab verən çoxmərtəbəli binalar tikiləcək. Bu layihələr şəhərin abadlaşdırılması və daha da gözəlləşdirilməsi məqsədi daşıyır",- deyə o bildirib. 
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Aprel 2026 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri