Icma.az
close
up
RU
Bakıda bu ərazilərdən ev almaq risklidir Son 15 il...

Bakıda bu ərazilərdən ev almaq risklidir Son 15 il...

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Bakıda yeni binaların sayı artır, amma yollar, parkinq yerləri və sosial infrastruktur bu artıma uyğunlaşmır. Paytaxtda mənzil almaq istəyənlər üçün ərazinin sıxlığı da əsas seçim meyarlarından birinə çevrilib.

“Yeni Sabah” xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Bakı şəhərinin əhalisi 2015-ci ilin sonunda 2 milyon 225,8 min nəfər olduğu halda, 2023-cü ilin sonunda 2 milyon 344,9 min nəfərə çatıb. Bu, təxminən 119 min nəfər və ya 5,4 faiz artım deməkdir.

Eyni dövrdə paytaxtda yaşayış tikintisi də davam edib. Dövlət Statistika Komitəsinin “Dayanıqlı inkişaf məqsədləri” statistik məcmuəsinə əsasən, əhalinin hər 1000 nəfərinə düşən istifadəyə verilmiş yaşayış sahəsi 2010-cu ildə 229 kvadratmetr olduğu halda, 2024-cü ildə 284 kvadratmetrə yüksəlib. Artım təxminən 24 faiz təşkil edib. Bununla yanaşı, 2024-cü ildə Azərbaycanda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi əvvəlki illə müqayisədə 1,5 faiz azalaraq 2 milyon 444,8 min kvadratmetr olub. Dominos pizza

Hansı ərazilərdə sıxlıq riski daha yüksəkdir?

Yeni Yasamalda çoxmərtəbəli yaşayış binalarının sıx yerləşdiyi məhəllələrdə məhəllədaxili yollar, parkinq və əsas küçələrə çıxış məsələləri ön plana çıxır. Burada mənzil alarkən binanın həyətində avtomobil saxlamaq imkanını, yaxınlıqdakı yolların vəziyyətini və ictimai nəqliyyata məsafəni yoxlamaq lazımdır.

20 Yanvar, Moskva prospekti və Avtovağzal ətrafında isə bir neçə əsas nəqliyyat istiqamətinin eyni qovşaqlarda birləşməsi hərəkətə təsir göstərir. Metro və magistrala yaxınlıq üstünlük sayılsa da, avtomobillə hərəkət edən sakinlər üçün pik saatlarda yolda sərf olunan vaxt mühüm amildir.

Əhmədlidə köhnə yaşayış məhəllələri ilə yeni tikililərin eyni yol və xidmət şəbəkəsindən istifadə etməsi nəzərə alınmalıdır. Metroya piyada məsafədə yerləşən mənzillər nəqliyyat baxımından daha əlverişli ola bilər. Lakin metrodan uzaq küçələrdə yaşayanlar avtobus marşrutlarından və əsas yollardan daha çox asılı qala bilərlər.

Yeni Günəşlidə mənzil seçərkən şəhərin digər hissələrinə gündəlik gedib-gəlmək imkanları xüsusi əhəmiyyət daşıyır. Xüsusilə iş yeri mərkəzdə olan şəxslər dayanacağa qədər məsafəni, marşrutların hərəkət tezliyini və yolda sərf edilən vaxtı əvvəlcədən qiymətləndirməlidirlər.

Masazır və Xırdalanda isə əsas məsələ paytaxtla nəqliyyat əlaqəsidir. Bu ərazilər Bakı şəhərinin inzibati rayonları olmasa da, paytaxtda işləyən və daha münasib qiymətə mənzil axtaran şəxslər üçün alternativ sayılır. Bununla belə, mənzilin qiyməti ilə yanaşı, gündəlik gediş-gəliş xərcləri və vaxt itkisi də hesablanmalıdır.

Nərimanov rayonunda metroya, iş yerlərinə və müxtəlif xidmətlərə yaxınlıq yaşayış baxımından üstünlük yaradır. Ancaq bəzi küçələrdə sıx tikinti, parkinq imkanlarının məhdudluğu və avtomobil hərəkəti problemləri ilə qarşılaşmaq mümkündür. Buna görə rayonu bütövlükdə əlverişsiz hesab etmək əvəzinə, konkret binanın yerləşdiyi küçəni qiymətləndirmək daha doğrudur.

Əsmətxanım Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 Oktyabr 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri