Bakıda daha iki yolda təmir başlayır
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakının Binəqədi və Sabunçu rayonlarında yolların təmiri ilə əlaqədar oktyabrın 7-dən nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a bildirilib ki, təmir işlərinə oktyabrın 7-də saat 15:00-dan başlanılacaq.
Təmir işləri Binəqədi rayonunun Binəqədi qəsəbəsində Cəfər Cabbarlı küçəsində, həmçinin Sabunçu rayonunda Zabrat-Maştağa şossesinin Elşən Məhərrəmli küçəsi ilə kəsişməsindən Dövlət Gömrük Komitəsinin Akademiyasının qarşısına qədər olan hissəsində, hər iki istiqamət üzrə aparılacaq.
AAYDA sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etməyi və hərəkət zamanı diqqətli olmağı xahiş edib.
Bu mövzuda digər xəbərlər:Bakıda daha iki ərazidə yollar təmir edildi
13 Aprel 2026 12:33
Bakıda yolda təmir sıxlığa səbəb oldu
09 Yanvar 2025 09:49
Bakıda COP29 başlayır
11 Noyabr 2024 08:41
Bakıda DÇ başlayır
03 Oktyabr 2026 21:45
Sürücülərin nəzərinə: Bakıda 4 günlük təmir başlayır YOLLAR
25 İyun 2025 19:26
Baxış sayı:67
Bu xəbər 07 Oktyabr 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















