Bakıda Dünya Futvolley Federasiyasının Baş Assambleyasının açılışı oldu
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda Dünya Futvolley Federasiyasının (Footvolley Worldwide) ilk dəfə keçirilən Baş Assambleyasının açılış mərasimi olub.
Fanat.Az xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan Futnet və Beynəlxalq Futvolley Federasiyasının prezidenti Vüsal Xəlilov bu idman növünün inkişafına, dünya miqyasında tanınmasına töhfə vermək üçün Assambleyada iştirak edən ölkələrin nümayəndələri ilə birgə səylə çalışacaqlarını bildirib.
Sonra Rusiya, Pakistan, Hindistan, İran, Moldova, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərindən olan nümayəndələr futvolleydə daha çox uğura nail ola bilmək üçün dəstəklərini əsirgəməyəcəklərini bildirib, gələcək hədəflərdən bəhs ediblər.
Ardınca qurumun il ərzində gördüyü işlər, maliyyə hesabatı, yeni təqvim ilindəki hədəflər barədə məlumat verilib, oktyabr ayında Dubayda keçiriləcək Dünya Korporativ Oyunlarının təşkili haqqında müzakirələr aparılıb.
Bu gün, həmçinin yeni üzvlərin müraciətinə baxılacaq, İcraiyyə Komitəsinə və digər strukturlara seçkilər keçiriləcək.
Qeyd edək ki, Assambleyanın hər 5 ildən bir keçirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 12 Aprel 2025 20:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















