Bakıda Georgi lenti ilə “Ölməz polk” yürüşünə kim çağırır?
Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sosial şəbəkədə 9 may tarixində Qələbə Günü münasibəti ilə Bakıda “Ölməz polk” yürüşünə çağırış edən plakat yayılır.
Azpost.info bildirir ki, həmin günü qeyd etmək üçün Nərimanov rayonu ərazisində Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə tikilmiş memorialın qarşısına gəlmək təklif edilir.
Çağırışda gələnlərdən ikinci dünya müharibəsində həlak olmuş babalarının portreti ilə ilə qoşulmaq xahiş olunur.
Tədbir saat 13.30-a təyin olunub.
Qəribədir ki, bu plakatda tədbirin təşkilatçılarının adları qeyd edilməyib. Üstəlik plakatda Azərbaycanda qadağan olunmuş Georgi lenti təsvir olunur.
Xatırladaq ki, bu formatda olan tədbirlər yalnız rəsmi icazə ilə keçirilə bilər.
Ötən illərdə Bakıda SSRİ bayrağı və Georgi lentinin müşaiyəti ilə bir neçə tədbir keçirməyə cəhd edilib. Hüquq-mühafizə orqanları tərəfindən qarşısı alınıb. İmişlidə keçirilən tədbirə görə isə rayon ağsaqqalar Şurasını sədri həbs edilib.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 08 May 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















