Icma.az
close
up
RU
Bakıda gizli fahişəlik şəbəkəsi ifşa olundu Özlərini belə "satırlar"+FOTO

Bakıda gizli fahişəlik şəbəkəsi ifşa olundu Özlərini belə "satırlar"+FOTO

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Azərbaycanda minlərlə izləyicisi olan bəzi “Telegram” kanallarında pornoqrafik xidmətlər təklif edən qadınların elanları açıq şəkildə paylaşılır. Bu elanlarda onların yaşı, boyu, fotoları, göstərdikləri xidmətlər, qiymətlər, hətta sağlamlıq arayışları və əlaqə nömrələriyer alır. İddialara görə, qadınların bir qismi bu fəaliyyəti Bakıda yerləşən masaj və gözəllik salonlarının adı altında həyata keçirir.

Məlumat üçün qeyd edək ki, dünyanın bir çox ölkəsində bu cür fəaliyyətlər leqallaşdırılıb və müəyyən hüquqi çərçivədə tənzimlənir. Azərbaycanda isə qanunvericilikdə belə müddəalar olmadığı üçün fəaliyyət “qanunsuz” hesab olunur və bu sahədə qanuniləşdirmə mövzusunda fikir ayrılığı mövcuddur.

Maraqlıdır, Azərbaycanda belə fəaliyyətlər qanuniləşdirilməlidirmi?

Mövzu ilə bağlı Bakupost.az -a danışan hüquqşünas Etibar Qarayev bildirdi ki, sosial şəbəkələrdə fahişəlik fəaliyyətinin reklam olunması hüquqi məsuliyyət yaradır:

“Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2 dekabr 1949-cu il tarixdə qəbul olunmuş Konvensiyanın 1-ci maddəsinə əsasən, hətta həmin şəxsin razılığı ilə fahişəlik məqsədilə vasitəçilik edən, onu fahişəliyə sövq edən, yoldan çıxaran, həmin şəxsin razılığı ilə, fahişəliyini istismar edən hər bir şəxsi cəzalandırmağı, fahişəxana saxlayan və ya onu idarə edən, yaxud fahişəxanaları düşünülmüş şəkildə maliyyələşdirən, yaxud maliyyələşdirilməsində iştirak edən, üçüncü şəxslərin fahişəlik məqsədilə istifadə edəcəyini bilə-bilə binanı və ya başqa bir yeri, yaxud onun bir hissəsini icarəyə verən, yaxud icarəyə götürən hər bir şəxsi cəzalandırılmalıdır. Bu Konvensiyaya qoşulan dövlətlər arasında Azərbaycan Respublikası da tərəf olaraq öhdəsinə götürüb”.

E.Qarayevin sözlərinə görə, cəmiyyətin mənəvi dayaqlarına zərbə vuran bu əməllərdə bir neçə fərqləndirilməli nüanslar var:

“İnsan alveri dedikdə, hədələməklə, yaxud zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi nəzərdə tutulur. İnsan alveri cinayət əməli şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayət hesab olunur və burada əsas məsələ şəxslərin öz iradələrinin əksinə istismar niyyəti ilə məcburetmə əlamətləri daşıyan əməllərdir. Cinayət məcəlləsinə əsasən, bu əməlləri törədən şəxslər 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır. Sosial şəbəkələrdə eskort qruplarının formalaşdırılması zamanı bu cinayət əməlinin tərkib elementləri mövcud ola bilər, lakin bunu müvafiq araşdırmalar nəticəsində bilmək olar”.

E.Qarayev əlavə edib ki, Cinayət Məcəlləsinin 242–244-cü maddələrində pornoqrafik materialların yayılması, fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvalarının saxlanılması cinayət əməlləri kimi nəzərdə tutulub:

“Pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin İnzibati xətalar məcəlləsində də Fahişəliklə məşğul olma əməli inzibati xəta tərkibi kimi nəzərdə tutulub. Qeyd olunan məsuliyyətlərdən bir neçəsi və ya hamısı işin faktiki hallarından asılı olaraq mövcud olmuş ola bilər. Bu zaman həmin şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar”.

Hüquqşünas bildirib ki, bir çox ölkədə - Almaniya, Hollandiya və Kanadada fahişəlik qanunidir və bu fəaliyyət legitim məşğulluq kimi qəbul olunur:

“Ölkəmizdə isə bu fəaliyyətlər birməmalı şəkildə cəzalandırılır. Ümumiyyətlə, bilinməlidir ki, hər hansı bir hüquq norması cəmiyyətdə mövcud olan ictimai münasibətləri tənzimləmək üçün var. Yəni, bir hüquq norması, xüsusən də ictimai mənəviyyat əleyhinə olan normalar qüvvədə olduğu həmin ölkənin ictimai mənəviyyatı və əxlaqi dəyərlərinə uyğun olaraq formalaşmışdır”.

BakuPost.az





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 Avqust 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri